Bazar ertəsi günü, 19 may 2025
     

Fransız neokolonializminə qarşı mübarizə Azərbaycanın sayəsində dünya miqyasına çıxır...

Image

Məlumdur ki, BMT-də dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bugünə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. 

Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.

Daha bir mühüm nüans odur ki, müstəmləklərin bir çoxu da elə Fransanın nəzarətindədir. Hazırda buna qarşı mübarizəyə Azərbaycan öncüllük edir. Hətta bununla bağlı olaraq Bakı Təşəbbüs Qrupu da yaradılıb. Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin faəliyyəti artıq beynəlxalq miqyasda xüsusi diqqət cəlb edir. Yeri gəlmişkən qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində prezident İlham Əliyev yenidən Fransanın fəaliyyətinə xüsusi diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır: "Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır". Qeyd edək ki, Fransanın müstəmləkə şəraitində saxladığı ərazilərdə vəziyyət getdikcə pisləşir. Məsələn, Qayanada sosial vəziyyət xüsusilə ağırdır, əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi. Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir. Polineziya indi tamamilə dekolonizasiya perspektivi ilə məşğuldur və Oskar Temarunun rəhbərlik etdiyi "Tavini huiraatira no te Ao Maohi" partiyası Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyir. Fransa bunlara imkan vermir. "Demokratiya beşiyi" kimi özünü dünyaya sırımağa çalışan Fransa yerli dilləri sıxışdırıb fransız dilini dövlət dili etmək siyasəti yürüdüb. Korsikada və digər ərazilərdə baş verənlər bunun bariz nümunəsidir. Aralıq dənizinin şimalında yerləşən Korsika adasından Parisə məsafənin min kilometrdən uzaq olmasına baxmayaraq, Fransa bu ərazini öz müstəmləkəsi hesab edir. Adada hər addımbaşı fransızlara etiraz əlaməti olan yazılara rast gəlmək mümkündür.

Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Bryun Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda qeyd edib ki, Fransa bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib: "Məsələn, 1958-ci ildə Əlcəzairdə qadınları çadralarını çıxarmağa məcbur etdilər. Guya çadranın çıxarılması azadlıq simvoludur. Amma əsl azadlıq qadınların necə geyinəcəklərini məhz özlərinin seçə bilmələridir". Müstəqil Martinika Naminə Ekoloqlar və Demokratlar Hərəkatının vitse-prezidenti Klodet Dyuamel isə qeyd edir ki, Fransanın müstəmləkəçilik siyasətindən ən çox Martinika qadınları əziyyət çəkib: "Onlar cinsi zorakılığa, köləliyə, dəhşətli diskriminasiyaya məruz qalıblar". Fransa "Les Oranges" dərnəyinin lideri Mhamed Kaki isə qeyd edir ki, hər hansı bir dövlət öz azadlığını istədiyi zaman onu "şeytanlaşdırırlar", hədəfə alırlar: "Bunu da kim edir? Qərb, keçmiş müstəmləkəçilər. Fransa ordusu Əlcəzairdə dəhşətli qırğınlar, soyqırımlar törədib. Burada 40 min insanın ölümündən söhbət gedir. Əlcəzair xalqı anladı ki, müstəmləkədən qurtulmaq lazımdır". Əlcəzairdə Fransa 130 il yüzlərlə müsəlmanın qanını tökərək adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Parisin idarəçiliyi dövründə bu ölkədə milyon yarım insan soyqırımına məruz qalıb. Əlcəzairdə Fransa zülmünə qarşı üsyan qaldıran mücahidlərin kəllə sümükləri hərbi qənimət kimi bu gün də Parisdəki Təbiət və İnsan Muzeyində nümayiş etdirilir. Bu kimi misalların sayını xeyli artırmaq olar. Hər halda görünən odur ki, Fransanın müstəmləkiçilik siyasətinin ifşasında Azərbaycanın addımları öz nəticəsini verir. "Afroamerikalı Xalqların Beynəlxalq Komitəsi"nin nümayəndəsi Jaklin Desfontan bildirir ki, Azərbaycanın neokolonializmə qarşı mübarizədə ölkələrin və təşkilatların səylərini dəstəkləməsi çox vacibdir: "Azərbaycan Fransanın əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətinə qarşı mübarizədə maraqlıdır. Biz XXI əsrdə yaşayırıq və dekolonizasiya problemi, qadın hüquqları artıq həll olunmalıdır".

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

17.05.2025 / 13:15
Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə...

17.05.2025 / 12:53
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

17.05.2025 / 12:47
Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi

17.05.2025 / 12:46
Britaniyadan şok iddia - gələn ay Rusiyanın Ukraynada itkiləri 1 milyona çatacaq…

17.05.2025 / 12:45
Dövlət qulluqçularının reyestri aparılacaq - FƏRMAN

17.05.2025 / 12:24
Prezident “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

17.05.2025 / 11:33
Tramp Türkiyədə Ukrayna və Rusiya danışıqlarını “yola verdi”

17.05.2025 / 11:15
Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

17.05.2025 / 10:51
Rusiya Ukraynada sərnişin avtobusunu bombaladı - 9 ölü...

17.05.2025 / 10:18
Fransa bu Afrika ölkəsini birdəfəlik tərk etdi - BƏYANAT

17.05.2025 / 10:07
Bu gün 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

17.05.2025 / 09:27
Tibb işçisinin vicdanlı, ya vicdansız olduğu necə təyin ediləcək?...

17.05.2025 / 09:18
Ronaldo oynamadı, komandası xal itirdi...

17.05.2025 / 09:07
Ağdaşda “Mercedes” at arabasına çırpılıb, sürücü vəfat edib

17.05.2025 / 09:02
Gələn həftə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü olacaq

17.05.2025 / 08:42
Qəbul imtahanı ballarını süni "artıran" qruplar peyda olub...

17.05.2025 / 06:06
Bu gündən bu marşrutların yolu dəyişdirilir

17.05.2025 / 00:06
Putinin köməkçisi Ukraynanın təklifinə Napoleonun sözlərilə cavab verdi, Qərbə də Bismarkın sözlərilə mesaj göndərdi...

16.05.2025 / 23:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 22:45
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

16.05.2025 / 22:36
"Son zəng"lə bağlı məktəblərə təlimat göndərildi

16.05.2025 / 22:12
Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub - FOTO

16.05.2025 / 22:00
BDU-nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu

16.05.2025 / 21:50
Albaniyada Makronun çətirini tutan Paşinyan Əliyevi kofeyə dəvət etdi

16.05.2025 / 21:28
İranın Suriya uğrunda yeni savaşı başladı - bu dəfə ABŞ da hədəf seçildi...

16.05.2025 / 21:14
Rusiya Azərbaycanla Strateji Bəyannamənin ruhunu növbəti dəfə pozdu...

16.05.2025 / 21:00
Putinə qarşı xüsusi tribunalın yaradılmasına daha bir qərar verildi...

16.05.2025 / 20:47
Avropa İttifaqı Ermənistanla "görünməmiş sürətlə" yaxınlaşır...

16.05.2025 / 20:33
İsrail generalı Bakıda Suriya ilə gizli danışıqlar aparıb - İddia...

16.05.2025 / 20:19
“Avropa Siyasi Birliyi”nin sammitlərində Azərbaycan faktoru...

16.05.2025 / 20:08
İstanbul danışıqlarından sonra Zelenski, Makron, Merz, Starmer və Tusk Trampa zəng edib

16.05.2025 / 20:07
İstanbul danışıqları: diplomatiyanın uğursuzluğu və Putinlə Trampın biganəliyi

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678