Çərşənbə axşamı günü, 20 may 2025
     

“YAP-ın yaradıldığı dövrün hər bir mərhələsinin tarixi paralellər fonunda təhlilini vermək hər birimizin vətəndaşlıq borcudur” - Vüqar Rəhimzadə

Image

"Gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik və kimə borcluyuq" 

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları  tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. 

Həmin dövrün reallıqları bir daha təsdiqlədi ki,  müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Həmin illərin çətinlikləri, xalqın üzləşdiyi faciələr, eyni zamanda, hər bir ölkənin inkişafında lider amilinin roluna da işıq saldı. Dövlətinin, xalqının gələcəyini düşünən lider ölkəsini daim uğurlara doğru aparar. Lakin həmin illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası hakimiyyətdə olanların şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı uçurumun kənarına  gətirmişdir.

Belə bir çətin dövrdə  Azərbaycanın taleyi üçün narahat olan ziyalılar öz sözlərini dedilər. Adları tarixə "91-lər" kimi yazılan həmin ziyalılar "Azərbaycan Sizin sözünüzü gözləyir!" müraciəti ilə o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  olan Heydər Əliyevə üz tutdular. Azərbaycanı gözləyən təhlükələrdən qoruya biləcək gücə, təcrübəyə, idarəçilik qabiliyyətinə malik olan  Ulu Öndər Heydər Əliyevdən  respublikanı düşdüyü vəziyyətdən çıxarmaq üçün xilaskarlıq missiyasını yerinə yetirməyi xahiş etdilər. Müraciətdə bu mühüm məqam xüsusi qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Bu tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılması təklifini irəli sürən ziyalılar təşkilata rəhbərliyə ən layiqli namizədin Ümummilli Lider   Heydər Əliyev olduğunu bildirdilər və dahi rəhbərdən bu təşəbbüsə razılıq verməsini xahiş etdilər. Ziyalıların müraciətinə verdiyi "Yeni, müstəqil Azərbaycan uğrunda!" cavabı ilə xalqının yanında olduğunu bir daha nümayiş etdirən dahi şəxsiyyət Heydər Əliyev vurğulamışdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial, iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir.

Bu möhtəşəm vəzifələri isə Vətənini, xalqını canından artıq sevən, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunub saxlanılmasını qarrşıya mühüm vəzifə kimi qoyan Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Belə də oldu. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, "91-lər"in üzvü,  siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün, ümumilikdə Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin tarixi paralellər fonunda təhlilini vermək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. O dövrü bilməyən, həmin dövrü yaşamayan hər kəs Azərbaycanın hansı çətinliklərdən xilas olduğunu və bugünümüz üçün kimə borclu olduğumuzu bilməlidir. Bu, dövlət başçısı İlham Əliyevin çağırışlarında da özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayındakı proqram xarakterli nitqində fəaliyyəti bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, yaradılmasını zəruri edən səbəblərdən geniş bəhs edərək bildirmişdir ki,  o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, partiyanın qurucusu Ulu Öndər  Heydər Əliyev YAP yarandığı gündən "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" çağırışını etməklə bu siyasi təşkilatın gələcəyinə böyük inamını ifadə etdi. İllər keçdikcə partiya atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla milyonların sevgisini, rəğbətini qazandı. Sözlə əməl birliyi YAP-ı cəmiyyətin avanqard qüvvəsinə çevirdi. "Güclü dövlət, yüksək rifah!" devizi partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. 1992-ci ilin 21 noyabr tarixində respublikanın müxtəlif bölgələrindən 550 nəfər nümayəndənin iştirakı ilə təsis konfransını Naxçıvanda keçirən YAP-ın üzvlərinin sayı bu gün 800 minə yaxındır. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurcusu, Ulu Öndər Heydər Əliyevin   ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə təsdiqləyən  Yeni Azərbaycan Partiyası ötən 31 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq  partiyası olduğunu sübut etdi. Ulu Öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış avanqard siyasi təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi, müstəqilliyimizin ideoloji təminatçısı kimi də etimadı doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan, milli məfkurənin, sağlam təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərən partiyanın lideri Heydər Əliyevin şəxsi nüfuzu, qazandığı ümumxalq etimadı və hörməti insanlarda bu partiyaya inamı daha da artırdı.

Vüqar Rəhimzadə  vurğulayıb ki, bu gün YAP ölkədə milli birlik və həmrəyliyin yaranıb inkişaf etməsində də aparıcı siyasi qüvvə kimi öncüllüyünü əməli fəaliyyəti ilə doğruldur. Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu əsas hədəf budur: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi daha da yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi durmadan möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbinin layiqli yetirməsi Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi. Heç də təsadüfi deyil ki, 2003-cü ildən başlanan yol Ulu Öndərin müəyyənləşdirdiyi Böyük Yolun davamı kimi diqqətdədir. 20 il Azərbaycanın çoxəsrlik tarixinə biri-birindən möhtəşəm səhifələri yazdı. Ən əsası qətiyyətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tariximizin şanlı Zəfər səhifəsini yazdı. 

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 31 illik yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz və son üç ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində atılan addımlar, onların uğurlu nəticələri bu yolun aydın mənzərəsini yaradır. Partiyanın VII qurultayı YAP-ın qarşısında dayanan yeni hədəflər müəyyənləşdirdi. Tarixi Zəfərimizin fonunda keçirilən qurultay yeni qərarların qəbulu, rəhbər orqanların yeni tərkibinin formalaşması, yeni Nizamnamənin qəbulu ilə gələcək barədə aydın proqrama malik olduğunu ortaya qoydu. Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq yeni-yeni hədəflərə doğru inamla addımlayır.  Dövlət başçısı, YAP Sədri  cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 

Vüqar Rəhimzadə qeyd edib ki, 2021-ci ilin sonlarında təsdiqlənən partiyanın  yeni Proqramı qarşıdakı dövrün bütün hədəflərini özündə əks etdirir. Bu hədəflərə nail olmaq üçün əsas çağırış budur: "Biz birlikdə güclüyük!" Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı gündən-günə artır. Bugünümüzün qürurverici hadisələrindən biri Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə, bütövlükdə Qarabağın hər bir güşəsində dalğalanmasıdır. Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda böyük qürur hissi ilə bildirdi: "20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi."

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, 31 ilin uğurları yeni-yeni hədəflərə doğru inaila addımlamağa stimul verir. "Yeni müstəqil Azərbaycan uğrunda" çağırışını bu gün "Biz birlikdə güclüyük!" əvəz edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 15:03
Prezident İlham Əliyev və Macarıstanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

20.05.2025 / 15:02
Budapeştdə Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ