Cümə günü, 30 may 2025
     

Sülhməramlılar Qarabağı səssiz tərk edir...

Image

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının şəxsi heyətinin rotasiyası başa çatır. Bu fonda qurumun məlumatında həmçinin bildirilib ki, sülhməramlıların silah və hərbi texnikası "planlı təmir" üçün Rusiyaya göndərilir.

Bunlara paralel diqqət çəkən daha bir məqam odur ki, rus sülhməramlılarının Qarabağdakı bir neçə məntəqəsinin sökülməsi başa çatıb. Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Eyni zamanda Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində sülhməramlıların Qarabağda fəaliyyət göstərdiyi zonanın adını artıq "Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu" kimi qeyd edib. Əvvəllər isə Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası "Dağlıq Qarabağ münaqişəsi zonası" adlanırdı. Beləliklə, bütün bunlar Rusiya sülhməramlıları ilə bağlı maraqlı proseslərin cərəyan etdiyini nümayiş etdirir. Ekspert Ədalət Verdiyev vurğulayır ki, Rusiya sülhməramlı heyətinin hərbi texnikası, böyük ehtimalla, Azərbaycan ərazilərini birdəfəlik tərk edirlər, təmir bəhanədir. Ekspert mətbuata bildirib ki, Rusiya bu texnikaların təmir-bərpa işlərini azı ildə 2 dəfə həyata keçirməli idi: "Bir hərbi hissənin, o cümlədən, Qarabağda sülhməramlı funksiyalarını yerinə yetirən 15-ci əlahiddə motoatıcı briqadasının tərkibində təmir və bərpa işlərini həyata keçirən bölüklər mövcuddur. Onlar hərbi hissənin balansında olan silah və texnikaları təmir edir. Rusiya sülhməramlı qüvvələri bu 3 il ərzində təmir-bərpa işlərini azı ildə iki dəfədən az olmayaraq həyata keçirməli idi. Lakin indiyə kimi biz bunu görmədik". Hərbi ekspert sülhməramlıların təmir adı ilə texnikanı Qarabağdan çıxarmasına da aydınlıq gətirib: "Böyük ehtimalla, Rusiya Müdafiə Nazirliyi Qarabağ ərazilərini müddətdən əvvəl tərk etmək barədə rəsmi məlumat verməyi hələlik özünə sığışdıra bilmir. İstənilən halda, rus kontingentinin fəaliyyət müddətinin sonu birgə bəyanatla təyin olunub. Sülhməramlılar tərəflər arasında atəşkəsin olmasına nəzarət etməli idilər. Separatçı rejim özü-özünü buraxıb, daha Qarabağda atəş səsləri eşidilmir. İndi sülhməramlıların görəcəyi bir iş qalmayıb, gedə bilərlər". Ekspert bildirib ki, Qarabağdan çıxarılan texnikanın hansı istiqamətdə fəaliyyət göstərəcəyinə Rusiya qərar verəcək: "Onların Rusiyada, yaxud Ukraynada istifadə olunacağı bizim məsələmiz deyil. Təbii ki, Rusiyanın Ukraynada texnikalara ehtiyacı böyükdür. Amma bu, Rusiyanın daxili işidir. Çıxarılan texnikaların Ermənistandakı Gümrü hərbi bazasına yerləşdirilməsi ilə bağlı isə əlimizdə hər hansı fakt yoxdur. Ermənistan tərəfi də bunun əleyhinədir. Yəni Qarabağdan çıxarılan texnikalar Rusiya ərazisinə gedir". Beləliklə, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı şübhə doğurmur. Düzdür, sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir. Eyni zamanda Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin say tərkibinin 1960 nəfərdən ibarət olması üçün artıq zərurət qalmayıb.

Xatırladaq ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, şəxsi heyəti 1960 nəfər olan sülhməramlı kontingent əraziyə yerləşdirilmişdi. İndi isə  Qarabağda nə Ermənistan dövlətinin hərbi birləşmələri, nə də keçmiş separatçı rejimin qanunsuz silahlı dəstələri mövcuddur. 19-20 sentyabrda Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri nəticəsində onlar tərksilah edilib və Azərbaycan ərazisindən çıxarılıblar. Ona görə də artıq tamamilə yeni vəziyyət yaranıb, Qarabağda sülhməramlıların qalmasına ehtiyac yoxdur. Elə ekspert Üzeyir Cəfərov da qeyd edir ki, hazırda sülhməramlıların ərazidə görəcəyi bir iş qalmadığına görə, onlar yol çəkilişi, işıqlandırma proseslərinə qoşulub: "Amma bülletenlerində qeyd edirlər ki, atəşkəs rejimi pozulmayıb. Orada atəşkəsi pozacaq kimsə olmadığına görə, bu məlumatın yayılması birmənalıdır. Ərazidə gizlənmiş silahlıların aşkarlanması ilə bağlı sülhməramlılar nə iş gördüklərini açıqlamır". Qarabağda ləğv edilmiş qondarma qurumun "keçmiş nümayəndəsi" Hayk Xanumyan  rusların artıq Qarabağda hərəkətinə məhdudiyyətlər olduğunu bildirir. Rusiya sülhməramlılarının Qarabağda niyə qaldığı sualına Xanumyan belə cavab verib: "Bilmirəm, bəlkə 4-5 erməni var, 2 min nəfər onları qoruyur. Düşünürəm ki, müddət bitəcək, tərk edəcəklər, gedəcəklər. Yaxud Azərbaycan buna qədər müvafiq şərait yaradacaq, tərk edib gedəcəklər". Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Anna Nağdalyan  isə qeyd edir: "Teleqram" kanallarının məlumatına görə, videoda Rusiyanın sülhməramlı qoşunlarının Qarabağdan çıxarılması əks olunub. Bu, sülhməramlı missiyanın növbəti uğursuzluğudur".  Ermənistanın "Past" nəşri isə yazır: "Rusiya Müdafiə Nazirliyinin son dövrə aid, hətta daha çox ötəngünkü mesajları ən azından qəribə məzmunu ilə bir anda diqqəti cəlb edir.  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb: "Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı ilə qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və mülki əhalinin humanitar hüquqlarının qorunmasına yönəlmiş davamlı əməkdaşlıq davam etdirilir". Bağışlayın, mülki əhalinin humanitar hüquqlarının qorunması nədir və ya nədən ibarətdir? Rusiya sülhməramlıları ermənilərin qalmadığı, tamamilə boşalmış Qarabağda hansı "qan tökülməsi"nin qarşısını alırlar? Hətta buna qiymət vermək də çətindir. Yaxud da qeyd olunur ki, Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında atəşkəs rejimi pozulmayıb. Hansı "atəşkəs rejimi", kim pozmalı idi?"

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi:

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

30.05.2025 / 11:06
Milli Məclis iclas keçirir, 10 məsələ müzakirə olunacaq

30.05.2025 / 11:00
Ayan Məmmədli – Vətənimin musiqilərini dünyada tərənnüm etməkdən qürur duyuram!

30.05.2025 / 10:51
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

30.05.2025 / 10:50
ABŞ Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib

30.05.2025 / 10:18
Pentaqon ŞOKDA! - məxfi məlumatları xaricə ötürməyə cəhd etdilər

30.05.2025 / 10:14
Mingəçevir sakini Kürdə boğulub

30.05.2025 / 10:06
Tramp paylaşım edib, hakimlərə qəzəbləndi

30.05.2025 / 10:00
Bu gün Sabunçunun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.05.2025 / 09:28
Ağsuda “Mercedes" aşıb, sürücü xəstəxanada ölüb

30.05.2025 / 09:25
Təhsil sistemində ömrü bir neçə gün çəkən düşünülməmiş qərarlar necə meydana çıxır? - Liseylər...

30.05.2025 / 09:20
Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

30.05.2025 / 09:18
Ceki Çan qara kəmər alıb

30.05.2025 / 09:13
Balakəndə narkotika satan qadın həbs edildi

30.05.2025 / 09:09
Millimiz bu gün yarımfinal oyununa çıxır

30.05.2025 / 09:02
Trampın bu addımı ABŞ-a 50 milyard dollar qazandırıb - Ağ Ev

30.05.2025 / 08:31
Tarix imtahanlarına görə DİM rəhbərinə qarşı sərt ittihamlar var - "tariximizə qarşı əks-təbliğat"?..

29.05.2025 / 22:31
Ceyhun Bayramov amerikalı senator Stiv Deynslə görüşüb

29.05.2025 / 22:18
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

29.05.2025 / 21:17
Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

29.05.2025 / 21:04
Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

29.05.2025 / 20:50
Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

29.05.2025 / 20:44
Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib - FOTO

29.05.2025 / 20:37
Əmiraslanov dedi və dəstək aldı - 65 tibb işçiləri üçün nə yaşdır ki...

29.05.2025 / 20:23
Tramp Əliyevin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəklədi... Ziyanlı Bayden mərhələsi bitdi...

29.05.2025 / 20:10
Ukrayna sərbəst şəkildə Sibir şəhərlərini də vura bilər - dünya izn verdi...

29.05.2025 / 19:58
Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

29.05.2025 / 19:45
Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678