"Üç fransız nazirin gələcək aylarda ölkəmizə gəlməsi stabilliyimizi pozacaq” - Yeni Kaledoniya nümayəndəsi
Qadınlar qərb cəmiyyətindən gələn problemlərlə, maaşların aşağı olması, bərabərsizliklə üzləşiblər.
Trend xəbər verir ki, Kanak və istismar olunan işçilərin koordinatoru (Yeni Kaledoniya) Roch Manoje Haocas "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, qadın azad olmasa, cəmiyyətin azad olmasından danışmaq olmaz.
“BMT-nin bəyanatlarını nəzərə almaq lazımdır. Dekolonizasiya daha bərabərhüquqlu cəmiyyətin yaranmasına gətirib çıxaracaq.
Hazırda Kanak insan hüquqları ilə öyünən bir dövlət tərəfindən(Fransa) müstəmləkəyə məruz qalır. Fransanın daxili işlər naziri bu il gəldiyi zaman yeni müstəmləkə siyasətini ortaya qoydu. Üç fransız nazirin gələcək aylarda ölkəmizə gəlməsi stabilliyimizi pozacaq”, - deyə o bildirib.