Cümə axşamı günü, 29 may 2025
     

Qarabağdan 100 min “qaçqın erməni” rəqəmi ifşa olunur - cəmi 1143 nəfər...

Image

Ramiyyə Məmmədova: "Özlərinin elan etdiyi rəqəmlərdən bir daha görünür ki, deyilən sayda şəxs Qarabağı tərk edə bilməzdi" 

Qarabağdan könüllü miqrasiya edən ermənilərin yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yaşayır. Bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan Qarabağdan 100 min erməninin köçdüyünü iddia edib. Bu ermənilərin böyük əksəriyyətinin isə Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda dəfələrlə yazılıb.

İndi Ermənistan mediasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Terteryana istinadla yaydığı bu məlumatdan da görünür ki, Qarabağdan gedənlərin böyük əksəriyyətinin Ermənistanda evi, yaşamağa şəraiti var. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır.

Zamanında Ermənistandan qovulan və Qarabağdan məcburi didərgin düşən bir milyona yaxın insanın hamısı Bakıda tələbə yataqxanalarında, qaçqın şəhərciklərində çadırlarda, vaqonlarda, tikilisi yarımçıq qalmış binalarda məskunlaşırdısa, hazırda Ermənistandakı "qaçqın"larla bağlı mənzərə nəyi deməyə əsas verir?

Siyasi şərhçi Ramiyyə Məmmədova "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanın qaçqınların sayını 100 min və daha artıq göstərməkdə məqsədi indiyə kimi uydurduğu yalanını siyasi avantüraya çevirməkdir: "Necə deyərlər, ermənilərin məqsədi bir gülləylə iki dovşan vurmaqdır. Birincisi, bu yalanı uydurmaqla iqtisadi cəhətdən ağır durumda olan Ermənistan beynəlxalq təşkilatlardan 100 min qaçqın üçün yardım almağı planlaşdırır. İkincisi, strateji hədəfləri qaçqınların sayını şişirtməklə Azərbaycana beynəlxalq təşkilatlar, onları himayə edən dövlətlər vasitəsilə təzyiq göstərməkdir. Ermənistanın qaçqınların sayını 100 min və daha artıq göstərməkdə məqsədi indiyə kimi uydurduğu yalanını siyasi avantüraya çevirməkdir. Burada bir məsələni də qeyd etməyi vacib bilirik. Ermənistanda iqtisadi böhran bu ölkədə əhalinin demoqrafik dəyişikliyinə ciddi surətdə təsir göstərib. Bu ölkənin Statistika Komitəsinin məlumatına görə, son zamanlar Ermənistanı tərk edənlərin sayı ciddi surətdə artmaqdadır. Sürətlə azalan Ermənistan əhalisinin sayını süni surətdə artırmaq məqsədilə Qarabağda yaşayan erməniləri Ermənistana çağıran Nikol hökuməti indi də bundan öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etməyə cəhd edir. 

Ermənistan bilməlidir ki, Qarabağdan getmiş şəxslərin geri qayıtması məsələsindən öncə müzakirə mövzusu bu dövlətin zorla Qərbi Azərbaycandan deportasiya etdiyi soydaşlarımızın öz torpaqlarına ləyaqətlə qaytarılması məsələsidir. 

Əslində ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməməklə, başqa ölkələrin pasportunu daşımaqla öz əlləri ilə bu statusdan özlərini məhrum ediblər. Məsələnin digər tərəfi odur ki, Azərbaycan erməni əhalini köçürməyib, ermənilər könüllü gediblər. Rusiya vətəndaşlığı olan ermənilərə də qaçqın statusu tanına bilməz, çünki onlar Rusiyadan Ermənistana qovulmayıb, qanunsuz miqrant kimi yaşadıqları Azərbaycandan köçüb gediblər.

 Beynəlxalq hüquqla Qarabağdan köçən ermənilərə məcburi köçkün statusu da düşmür. Çünki məcburi köçkün statusu vətəndaşı olduğu ölkənin bir ərazisindən başqa bir ərazisinə məcburi köçmüş şəxslərə verilir. Bütün bu faktorlar Ermənistanın "qaçqın"  sayı ilə manipulyasiya etdiyinin bariz nümunəsidir. Özlərinin elan etdiyi rəqəmlərdən bir daha görünür ki, deyilən sayda şəxs Qarabağı tərk edə bilməzdi. Ən azından bu özünü real və rəsmi statistikada göstərmiş olardı".

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

28.05.2025 / 23:24
Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

28.05.2025 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO

28.05.2025 / 22:53
Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

28.05.2025 / 22:52
Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

28.05.2025 / 20:14
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

28.05.2025 / 19:56
“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

28.05.2025 / 19:40
İvanişvili ABŞ səfiri ilə görüşməkdən imtina etdi

28.05.2025 / 19:27
"1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır" - Ərdoğan

28.05.2025 / 18:38
Zakir Həsənov Yaşar Gülerlə görüşdü...

28.05.2025 / 18:05
Şahbaz Şərif: "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq"

28.05.2025 / 18:02
Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar - FOTO

28.05.2025 / 18:00
"Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi" - Pakistanın Baş naziri

28.05.2025 / 17:47
Tramp Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 17:10
"Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" - Prezident

28.05.2025 / 17:06
Prezident Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirdi

28.05.2025 / 17:04
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi" - Prezident

28.05.2025 / 16:50
Prezident: "Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır"

28.05.2025 / 16:47
"Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir" - Prezident İlham Əliyev

28.05.2025 / 16:36
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTO/VİDEO

28.05.2025 / 16:07
“Kreml Trampın qətiyyətini sınamaqda davam edir”

28.05.2025 / 15:46
Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır"

28.05.2025 / 15:39
ABŞ Rusiyanın genişmiqyaslı yay hücumuna hazırlaşdığını bildirir

28.05.2025 / 15:26
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 15:23
"Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək" - Ərdoğan

28.05.2025 / 15:16
LGBT-yə görə 17 Aİ ölkəsi Avropa Komissiyasını Macarıstanı cəzalandırmağa çağırdı

28.05.2025 / 15:15
Ermənilərin Respublika günü separatcılara həsr olundu

28.05.2025 / 15:14
"Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var" - Baş nazir

28.05.2025 / 15:05
Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur"

28.05.2025 / 14:55
"Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir" - Pakistanın Baş naziri

28.05.2025 / 14:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"

28.05.2025 / 14:20
"Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir" - Prezident

28.05.2025 / 14:15
Prezident: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

28.05.2025 / 14:12
"Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub" - Prezident İlham Əliyev

28.05.2025 / 14:07
Laçında Prezident İlham Əliyevin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 14:05
"Qafqazın ən gözəl şəhərlərindən biri Zirvə toplantısına ev sahibliyi edir" - Hikmət Hacıyev

28.05.2025 / 13:53
"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!" - Türkiyə XİN

28.05.2025 / 13:36
Laçında Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

28.05.2025 / 12:51
Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlandı

28.05.2025 / 12:31
Prezident İlham Əliyev və Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar - FOTO

28.05.2025 / 11:16
Prezident İlham Əliyev və Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 11:10
Ərdoğan Laçındadır

28.05.2025 / 11:07
Bu axşam Konfrans Liqasının finalı olacaq

28.05.2025 / 11:00
"Azərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib"

28.05.2025 / 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

28.05.2025 / 08:44
Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678