Çərşənbə günü, 9 iyul 2025
     

ABŞ təxribat texnologiyalarını yeniləyir, yığcam, çevik dəstələr formalaşdırılır

Image


 ARAŞDIRMA

 

ABŞ özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor institutlar, yardım fondları yaradılıb. USAID, NED, Marşall Fondu, IREX və digər onlarla "beynəlxalq institutlar" məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıblar. Onlar zahirən "demokratik inkişafa dəstək vermək" adı altında fəaliyyət göstərirlər, bu məqsədlə "qrantlar verirlər". Reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq edirlər.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin oktyabr ayında açıqladığı son məlumat bu mənada örnək nümunələrdən biridir. Bəlli oldu ki, USAID Tbilisidə "yerli QHT-lərlə birgə" "xəstələrə humanitar yardım göstərilməsi" mövzusunda təlimlər keçirib. Amma təlim iştirakçılarına "dövlət çevrilişi hazırlamağın metodları" öyrədilib.

"USAID-in dəstəklədiyi müxalifət qrupları" deyəndə, təkcə müxalifətdə olan siyasi partiyalar nəzərdə tutulmur. Düzdür, əvvəllər metodologiya fərqli olub. Ayrı-ayrı ölkələrdə təxribatçı əməllər törədilməsi üçün konkret siyasi təşkilatlarla əməkdaşlıq edilib. Siyasi partiyalara kənardan maddi vəsait göstərilməsi qanunla qadağan edildiyi üçün onların ətrafında yedək "QHT və KİV-lər" cəmləşdirilib. Həmin "QHT" və "KİV-lər"ə külli miqdarda "qrant vəsaiti" ayırmaqla, mərkəzdə dayanan siyasi partiyanın maliyyələşdirilməsi həyata keçirilib. 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində AXCP və Müsavat Partiyasının ətrafında dolaşan QHT və KİV-ləri hər kəs xatırlayır.

Son illərdə variant dəyişir. ABŞ-nin təxribat institutları öz metodlarını yeniləyirlər. İndi təkcə siyasi partiyaların və siyasi fiqurların üzərində fokuslaşmır, "QHT" və "KİV-ləri" hansısa siyasi partiyanın ətrafında cəmləyib onun vasitəsilə koordinasiya etmirlər. Həm də onlar milli düşüncəyə zidd olan, cəmiyyətin harmoniyasını pozan bütün marginal qrupları dəstəkləyirlər. Məsələn, Azərbaycanda "radikal feminizm"in təşkilatlandırılıb aktivləşdirilməsində birbaşa iştirak edirlər.

Radikal feministlər ailə institutuna qarşı çıxırlar, qeyri-ənənəvi münasibətləri təbliğ edirlər, milli mənlik şüurunu "geri zehniyyət" adlandırırlar. Qərb institutları radikal feministləri dəstəkləməklə, əxlaqdan, ənənədən kənar, milli mənliyini unutmuş cəmiyyət formalaşdırırlar. "Milli feministlər"in 8 mart 2020-ci ildə Bakıda keçirdikləri aksiya zamanı hansı rüsvayçılıqlara yol verdiklərini hər kəs xatırlayır.

"Feminist lider"lərdən olan Nərmin Şahmarzadənin 2019-cu ildə qəfildən gündəmə çıxıb Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi göstərdi ki, bu çevrədə olanlar bir deyil, bir neçə istiqamətdən sifarişlər alırlar, cəmiyyəti çaşdırmaq üçün müxtəlif təyinatlı təxribatlar törədirlər.

Bu yöndə ən heyrətləndirici nümunələrdən biri də 44 günlük Vətən müharibəsi ərəfəsində üzə çıxdı. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hələ 2018-ci ildən başlatdığı "anaların sülh uğrunda imzası" kampaniyasını yenidən aktivləşdirdi. Guya Ermənistanın sülh istədiyini, Azərbaycanın isə qarşı çıxdığını sərgiləməyə çalışdı. Məsələ ondadır ki, Anna Akopyanın bu avantürist fəaliyyətini dəstəkləyənlər sırasında "azərbaycanlılar"ın da adı göründü. Kampaniyanı imzalayanlar sırasında 74 nəfər "azərbaycanlı"nın imzası ortaya çıxdı. Onların əksəriyyəti radikal feminizmin təmsilçiləri idilər.

Nəticə belə alınır ki, Qərb institutları radikal feminizmi dəstəkləyib təşkilatlandırmaqla, ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək üçün yeni mexanizm hazırlayırlar.

2022-ci ildə Azərbaycanda "Media haqqında qanun" qəbul edilərkən Milli Məclis qarşısında "etiraz aksiyası" keçirildi. Bəlli oldu ki, həmin piket "jurnalistlərin etiraz aksiyası kimi" qələmə verilsə də, orada yalnız 2 nəfər "jurnalist" iştirak edib. Qalanları "feminist fəallar" olublar.

Bir sözlə, "milli feministlər" adı altında elə "çevik və işgüzar qrup" formalaşdırılıb ki, anti-Azərbaycan təyinatlı istənilən məsələdə istifadə olunub effekt verə bilsinlər. İndi eyni modelin digər sahələrdə də tətbiq edildiyi müşahidə olunur.

"Radikal feminizm" modeli KİV və QHT sektorunda tətbiq edilir

Sevinc Vaqifqızı "milli feministlər"in liderləri sırasındadır, radikal feminizmin təşkilatlandırılıb işlək hala gətirilməsində rol alıb. Amma o, paralel olaraq, Abzas.net xəbər portalının baş redaktorudur. Bu portal istisnasız olaraq anti-Azərbaycan məzmunlu dezinfomasiyaların tirajlanmasını həyata keçirir. Məsələn, 22 iyun 2023-cü ildə Ermənistan KİV-ləri (news.am) və beynəlxalq KİV-lər (JAM) məlumat yaydılar ki, "Abzas.net-in əməkdaşı Gədəbəy hadisələrini işıqlandıran zaman polisin ciddi zorakılığı ilə qarşılaşıb". Yəni Abzas.net-in təmsilçiləri xarici mediaya fakt ötürdülər ki, "Gədəbəydə gərginlik var. Həmin hadisələri işıqlandırmaq istəyən jurnalistlərə təzyiqlər göstərilir". Xarici KİV-lərdə həvəslə tirajlanan, "Gədəbəy hadisələrini işıqlandıran jurnalistlərə qarşı zorakılıq edilib" başlıqlı məqalə "Abzas Media"nın əməkdaşı Nərgiz Absalamova və "Amerikanın səsi"nin jurnalisti Nigar Mübarizə istinadla qurulmuşdu.

Abzas.net saytının baş direktoru Ülvi Həsənlidir. "Feminist qrup" ABŞ səfirliyində aksiya keçirib "Gədəbəy hadisələri zamanı zərərçəkmişlərin hüquqlarını müdafiə edəndə" Ülvi Həsənli də onların cərgəsində göründü. Onun da "radikal feministlərlə" əlaqəli işlədiyi üzə çıxdı.

Ülvi Həsənlinin bu qrupda görünməsi təsadüfi deyil. O, müxalifətçi gənclərin birliyi olan NİDA vətəndaş hərəkatının qurucularındadır. 2016-cı ildə "Gül bayramı" ifadəsini "Qul bayramı" ifadəsinə çevirib kampaniya aparanlardan biri olub. Bu hərəkətinə görə "təxribatçı şəbəkə"nin diqqətini çəkib - əlaqələr qurulub, yeni platformalara gətirilib. İndi onun vasitəsilə radikal feministləri qrupundan uzanan xətt "KİV sektoruna" ötürülür, buradan da QHT sektoruna çatdırılır. Amma proses bununla tamamlanmır.

Radikal feministlərin digər bir təmsilçisi - Xədicə İsmayıl "Toplum TV"-nin baş redaktorudur. Bu TV-nin rəsmi təsisçisi isə özünü media üzrə hüquq eksperti kimi təqdim edən Ələsgər Məmmədlidir. "Arqument.az" saytı da onun kurasiyasındadır. "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa paralel şəkildə "Toplum TV"nin redaktorudur. "Toplum TV"nin redaksiyası "Demokratik Təşəbbüslər İnstitutu"nun (DTİ) ofisində yerləşdirilib. Beləliklə, "Toplum TV"nin DTİ-i ilə koordinasiyası təmin edilib.

"Demokratik Təşəbbüslər İnstitutu"nun təsisçisi Akif Qurbanovdur. Bu təşkilat 406331063 identifikasiya kodu ilə "müstəqil qeyri-hökumət təşkilatı" qismində Gürcüstanda da qeydiyyatdan keçirilib.

Demokratik Təşəbbüslər İnstitutu beynəlxalq layihə olan "Fakt yoxla"nın Azərbaycan təmsilçisidir. Rəsmi məramnaməsində göstərilir ki, "Fakt Yoxla" ("Fact Check") layihəsi ictimaiyyətin informasiya manipulyasiyasına məruz qalmasının qarşısının alınması məqsədilə yaradılıb, ictimai-siyasi fiqurların səsləndirdikləri ifadələrin həqiqətə uyğun olub-olmadığını, siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlayır. Həmçinin, ölkələr üzrə qanunvericiliyi monitorinq edir, qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə ictimai nəzarəti həyata keçirir və sair. Amma rəsmi elandan fərqli olaraq, sayt adətən özü balans prinsipini pozur, informasiya manipulyasiyasına yol verir. Ümumilikdə ictimai-siyasi fiqurların ifadələrini yoxlamalı olsa da, Azərbaycanda daha çox iqtidar mənsublarının və iqtidaryönlü şəxslərin çıxışlarını araşdırır, sonda onların "yalan danışdıqlarını" bildirir. Müxalifət təmsilçilərini araşdırmır, araşdıranda da, onların "doğru danışdıqlarını" bildirir. Beləliklə, o, siyasi müxalifətin ruporuna çevrilir.

Göründüyü kimi, Abzas.net şəbəkəsinə bənzər olan daha bir çevik şəbəkə "Toplum TV" redaksiyasının ətrafında, digəri isə "Demokratik Təşəbbüslər İnstitutu"nun çevrəsində qurulub. Abzas.net-in baş direktoru Ülvi Həsənli həm KİV, həm QHT təmsilçisi olduğu kimi, Akif Qurbanov da həm KİV, həm də QHT sektorunda təmsil olunur.

Bu şəbəkələr ayrı-ayrılıqda qurulmuş kimi görünsələr də, sonda eyni nöqtədən idarə olunduqları üzə çıxır. Ən maraqlı nüans da ayrı-ayrı göründüyü ehtimal edilən bu şəbəkələr arasında əlaqələndirici bağların necə qurulmasıdır. Həmin bağlar nəzərdən keçiriləndə, bu şəbəkələrin nə məqsədlə yaradıldığı və haradan idarə edildiyi bəlli olur.

Akif Qurbanovun (DTİ) rəsmi təmsilçi olduğu beynəlxalq "Fact Checking"/ Fakt yoxla saytının baş redaktoru Leyla Mustafayevadır. O, bir zamanlar Gürcüstandan Azərbaycana qanunsuz qrant vəsaiti keçirdiyinə görə həbs edilmiş Əfqan Muxtarlının həyat yoldaşıdır. Leyla Mustafayevanın adı paralel şəkildə Abzas.net saytının adminləri sırasındadır. Bu kontekstdə yanaşsaq, Leyla Mustafayeva "Abzas.net" şəbəkəsi ilə "Toplum TV" şəbəkəsi, o cümlədən, "Demokratik Təşəbbüslər İnstitutu" arasında əlaqələndirici şəxslərdən biri kimi görünür. Amma o, bu yöndə yalnız və qərarverici şəxs deyil. Koordinasiyaedici mərkəzin kökü daha dərindədir.

Təlimatçı mərkəzlərin kökü ABŞ və Avropa İttifaqına bağlanır

Məsələ ondadır ki, "Fakt yoxla" layihəsinin Azərbaycan seqmenti OCCRP-nin (Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsi) bir qolu kimi fəaliyyət göstərir. Leyla Mustafayevanın Linkedin şəbəkəsində yerləşdirilmiş CV-sində görünür ki, o, Fakt Yoxla-nın baş redaktoru olmaqla yanaşı, həm də Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq Hesabatı Layihəsinin (OCCRP) Cənubi Qafqaz ofisində çalışır. İCİJ ( Beynəlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsi/Konsorsiumu), "Meydan TV", Müharibə və Sülh İcmalları İnstitutu ilə əməkdaşlıq edir.

Mustafayeva Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA), eyni zamanda, "OCCRP"in Riqadakı Media Tədqiqatları Mərkəzi ilə birgə təşkil etdiyi "araşdırma jurnalistikası" proqramının məzunudur. Faktları uzlaşdıranda belə görünür ki, Leyla Mustafayeva Abzas.net şəbəkəsi, Toplum TV şəbəkəsi, "Demokratik Təşəbbüslər İnstitutu" ilə OCCRP-nin, İCİJ-nin, Fact Checking-in koordinasiyasını həyata keçirir. Nəzərə alaq ki, Toplum TV-nin hazırkı baş redaktoru Xədicə İsmayıl da OCCRP ilə sıx əməkdaşlıq edən şəxslərdən biridir. Beləliklə, çevrə tamamlanır. Bəlli olur ki, Abzas.net şəbəkəsi, Toplum TV şəbəkəsi, "Demokratik Təşəbbüslər İnstitutu" və onların ətrafında olanlar OCCRP-nin, İCİJ-nin Azərbaycan üzrə yerli seqmenti qismində fəaliyyət göstərirlər. Fərq ondadır ki, bu qurumlar təkcə informasiya platformalarında çalışmırlar. Zərurət olanda, radikal feministləri qismində küçələrə çıxıb etiraz aksiyaları keçirirlər, siyasi tələblərə qoşulurlar.

OCCRP-in Azərbaycana qarşı necə münasibət bəslədiyi hər kəsə bəllidir. "Azərbaycan landromatı", "Pandora sənədləri" kimi təxribatçı və yalançı hesabatlar hazırlatdırıb ölkəmizin adını beynəlxalq qalmaqallara qatan bu qurumdur. OCCRP-nin özü isə USAID və Soros Fondunun "müştərək layihəsi" kimi ortaya çıxıb. ABŞ 2016, 2018 və 2021-ci illərdə OCCRP- İCİJ - "Transparency İnternational" üçlüyü vasitəsilə Azərbaycana qarşı "uğurlu qarayaxma kampaniyası" apara bilib. 2016-cı ildə bu üçlük müştərək şəkildə TANAP və TAP layihələrini, "Cənub Qaz Dəhlizi"ni vurublar. Azərbaycanın "Cənub Qaz Dəhlizi"ni reallaşdırılmasının qarşısını almaq üçün ölkəmizi beynəlxalq kredit təşkilatları ilə üz-üzə qoymağa çalışıblar, Azərbaycanla MSŞT-nin (Mədən Sənayesində Şəffaflıq Təşkilatı) arasında münasibətləri gərginləşdiriblər. Azərbaycanın "radikal müxalifət" düşərgəsi də prosesin içində olub. "Milli Şura" - AXCP cütlüyü Avropa Şurasına müraciət edərək, "Transparency İnternational" – OCCRP - İCİJ üçlüyü tərəfindən hazırlanmış hesabatların ciddiyə alınmasını, Azərbaycan üzrə araşdırmalar aparılmasını tələb ediblər. 2016-cı ildə gerçəkləşdirilən kampaniya bənzər şəkildə, fərqli mövzular üzrə 2018-ci ildə və 2021-ci ildə təkrar olunub.

Göründüyü kimi, ABŞ-nin təxribat maşını indi təkcə siyasi partiyalar, siyasi fiqurlar üzərində iş qurub qondarma KİV və QHT-ləri onlara yedək vermir. Əksinə, qondarma QHT və KİV-lərdən ibarət yığcam, çevik dəstələr formalaşdırır, bu qrupların ipini öz əlində saxlayır. Zərurət yarananda, onları bir araya gətirir, əksi lazım olanda, müstəqil şəbəkələr kimi aktivləşdirir. Bu qrupları həm informasiya savaşında, həm də siyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə edir.

ABŞ bu təxribatçı kampaniyaların uğurlarından ruhlanıb, USAID-in direktoru Samanta Pauerin dili ilə 2022-ci ilin iyun ayında "Demokratiya doktrinası"nın "yenilənmiş elementləri"ni açıqlayıb. Bildirilib ki, yenilənmiş "Demokratiya doktrinası" imkan yaradır ki, ABŞ "demokratiya işartıları"nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. "Demokratiyanın işartıları" deyəndə S.Pauer 4 mühüm əlamətin adını çəkib. Buraya "demokratik üsyanlar", "perspektivli avtokratik varislər", "bloklanmış hakimiyyətin ələ keçirilməsi" və "həlledici seçkilər" daxildir.

Strategiyadan belə nəticə çıxır ki, ABŞ USAID vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Samanta Pauer tərəfindən elan edilmiş bu proqram əslində ABŞ-nin yeni "məxməri inqilablar" strategiyası kimi də xarakterizə oluna bilər. Deməli, qarşıdakı illərdə dünyanı yeni təlatümlər gözləyir.

ABŞ-nin yenilənmiş "Demokratiya doktrinası" və "antikorrupsiya strategiyası"nda USAID, jurnalistlər və QHT-lər üçün yeni imkanlar yaradılır. "Korrupsiyaya qarşı mübarizə"də fəallıq göstərən "jurnalist" və "QHT-lər" üçün "Çempionlar Mükafatı" hazırlanır. Həmçinin, onların ehtiyaclarını ödəmək üçün yeni fond təqdim edilir. USAID-in koordinasiyası ilə qurulan "Korrupsiyaya Qarşı Mübarizə Fondu" KİV və QHT-lərə, araşdırmaçı agentlərə yardım göstərir. Fondun ilkin maliyyəsi 424 milyon dollardır.

Bu məqalədə USAID üzərində diqqətlə dayanmağımızın səbəbi təkcə onun güclü imkanları, ABŞ-nin vuran əli olması ilə bağlı deyil. Əlbəttə, bu özü də mühüm faktordur. USAID təqribən 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük "yardım" təşkilatıdır. Təkcə 2023-2025-ci illər üzrə "müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək üçün" 9 milyard dollarlıq büdcə nəzərdə tutulub. USAID fəaliyyətini "Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək" adı altında pərdələyir. Reallıqda isə siyasi proseslərə müdaxilə edir, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışır.

Məsələ odur ki, qurumun rəhbəri olan Samanta Pauer qatı ermənipərəstdir. Övladının adını "erməni soyqırımı"nın şərəfinə adlandırıb, Ruben Vardanyanla yaxın dostluq münasibətində olub, onun tədbirlərində çıxış edib. Ruben Vardanyan Qarabağda həbs edilib Bakıya gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb. Samanta Pauerin sifariş verdiyi "Demokratiya doktrinası"nı hazırlayan işçi qrupun rəhbəri də ermənidir.

USAID Azərbaycanda milyonlarla dollar məbləğində layihələr həyata keçirib. Onun layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olunan layihələrlə sinxronluq təşkil edir. Belə layihələrdən biri də "Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır". Layihənin rəsmi məqsədi "13-18 yaş arası yeniyetmələrin media savadlılığının artırılması, məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir". Diqqət yetirəndə görürük ki, bu layihə çərçivəsində uşaqların mobilizasiyası cəhdləri, gələcəkdə xüsusi maraqları çərçivəsində tərbiyə edilmələri istəyi vardır. Maraqlıdır ki, II Qarabağ savaşının gedişində Gəncənin, Tərtərin, Bərdənin və digər şəhər və kəndlərimizin mülki əhalisi raket atəşinə tutulanda nə USAID-dən səs çıxdı, nə də Qərbdən bir dəstək gəldi. Qərbin indiki məqamda Qarabağətrafı rayonlarda "13-18 yaş arası yeniyetmələri təlimatlandırmasında" məqsədi nədir? Fikrimizcə, təlimlərin məxsusi olaraq Qarabağətrafı rayonların gəncləri üçün nəzərdə tutulması özü-özlüyündə layihə müəlliflərinin əsas məramını ortaya çıxarır.

Belə görünür ki, USAID təkcə KİV, QHT sektoruna, müxalifət partiyaları platformalarına müdaxilə etməklə kifayətlənmir. "Feministlər", "gənclər" və digər bu kimi sosial zümrələr üzərindən cəmiyyətə birbaşa çıxış əldə edir.

Maraqlı nüanslardan biri də bu məqamda ortaya çıxır. Azərbaycan 2014-cü ildən etibarən "Qrant haqqında qanunu" sərtləşdirib, milli maraqlarla uzlaşmayan xarici qrantların ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün mexanizmlər tətbiq edib. İndi bəlli olur ki, milli maraqlarla ziddiyyət təşkil edən qrant vəsaitləri nəinki məhdudlaşdırılmayıb, əksinə, cəmiyyətin daha dərin qatlarına işləyib. Görünən budur ki, Qərb institutları qanunsuz qrantların ölkəyə gətirilib realizə olunması üçün variantları yeniləyiblər. Qanunsuz qrantların ölkədə reallaşdırılması üçün hansı metodlardan istifadə edilir?

Növbəti yazımız bu mövzuda olacaq...

"Report"un Analitik Qrupu

 




VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910