Bazar ertəsi günü, 19 may 2025
     

Ermənistan-KTMT münasibətləri yaxın perspektivdə nə vəd edir?..

Image

  • Ramil Məmmədli: "Hiss olunur ki, Qərb Fransa vasitəsilə İrəvanı tələsdirir" 

İrəvan Ermənistana yardımla bağlı sənədin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitinin gündəliyindən çıxarılmasını xahiş edib. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

Noyabrın 22-də Minskdə KTMT ölkələrinin müdafiə nazirləri, xarici işlər nazirləri şuraları və təhlükəsizlik şuraları katibləri komitələrinin iclasları, 1 gün sonra təşkilatın sammiti keçiriləcək. Tasmaqambetovun sözlərinə görə, KTMT-nin ötən ilin noyabr sessiyasında İrəvanda verdiyi 34 tapşırığından bir neçəsi yerinə yetirilməyib. Bunlar Ermənistana dəstək sənədinin hazırlanması və Avropanın ATƏT kimi beynəlxalq təşkilatları ilə əməkdaşlığa dair tapşırıqlardır. Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Belarus prezidentinə Sammitdə iştirak etməyəcəyini bildirib. 

2022-ci ilin noyabrında İrəvanda keçirilən KTMT sammitində Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.

Görünən odur ki, Ermınistan KTMT-dən sürətlə uzaqlaşır. Artıq təşkilatın tədbirlərinə qatılmır. O baxımdan Ermənistan-KTMT münasibətlərini nə gözləyir?

  • "Bu gedişlə çox güman ki, Ermənistan gələn il KTMT-dən çıxacaq" 

Məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistanın KTMT-də təmsilçiliyi sürətlə qırılma nöqtəsinə doğru gedir: "Bunu şərtləndirən çoxsaylı faktorlar var ki, dəfələrlə bunları qeyd etmişik. Məsələ ondadır ki, Paşinyan 2022-ci ildən sistemli şəkildə KTMT-ni iqnor edir. KTMT-nin qərarlarına imza atmır, tədbirlərinə nümayişkəranə şəkildə qatılmaqdan imtina edir. Azərbaycanı bəhanə edərək təşkilatı açıq şəkildə tənqid edir, Ermənistana yardım etməməkdə ittiham edir. Bəlli məsələdir ki, bütün bunlarda Paşinyanın məqsədi Ermənistanı KTMT-dən uzaqlaşdırmaqdır. Necə deyərlər, "ayının min oyunu bir armudun üstündədir". KTMT üzvü olan Ermənistan NATO üzvü olan Fransa ilə hərbi sahədə yaxından əməkdaşlıq edir, bu ölkədən müxtəlif silahlar alır. Fransanın hərbi məsləhətçilərini ölkəyə dəvət edir. Ermənistan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan ABŞ-ın Avropa Komandanlığının Ştutqart şəhərindəki qərargahında Komandanlığın rəhbərinin müavini general-leytenant Stiven Başamla görüşür. Görüş zamanı Ermənistan-ABŞ hərbi əməkdaşlığına dair məsələlər müzakirə olunub. Bütün bunlar nə deməkdir? Bu, Ermənistanın KTMT-yə tüpürməsi deməkdir. Ermənilər deyə bilər ki, burada nə qəbahət var, Azərbaycan NATO üzvü olan Türkiyə ilə hərbi sahədə yaxından əməkdaşlıq edir, birgə hərbi təlimlər keçirir və s. Məsələ ondadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan hansısa hərbi blokun üzvü olmadığı üçün burada hansısa məhdudiyyətdən söhbət gedə bilməz. Ancaq Ermənistan KTMT üzvü olduğu üçün bunu təşkilatla razılaşdırmalıdır. Bu gedişlə, çox güman ki, Ermənistan gələn il KTMT-dən çıxacaq. Hiss olunur ki, Qərb Fransa vasitəsilə İrəvanı tələsdirir. Ermənistana vəd edilib ki, KTMT-dən tam uzaqlaşsa, Qərbdən gərəkən dəstəyi alacaq. Ermənistan Rusiyadan böyük ölçüdə asılı olduğu üçün daha kəskin addımlar atmaqdan çəkinir. Ancaq görünən odur ki, Ermənistanın KTMT-dən uzaqlaşması qaçılmazdır".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678