Çərşənbə axşamı günü, 20 may 2025
     

Çoxmərtəbəli binalarda sakinlər problemlər xaosundan nə zaman qurtulacaq...

Image

  • Elnur Fərzəliyev: "Vahid idarəetmə sistemi qurmaq lazımdır, bu sistem qurulmasa…" 

Bakıdakı çoxmərtəbəli binalarda idarəetmə problemi bitmir. Məsələ ondan ibarətdir ki, binanı tikən şirkət mənzilləri satdıqdan sonra da binadan əl çəkmir, ora bir komendant təyin edir və sakinlərdən özünün müəyyən etdiyi məbləğ əsasında aylıq pul yığır. 

Sakinlər isə bu pulların hara xərcləndiyindən xəbərsiz olurlar. Çünki onlara hesabat verilmir. Belə olan halda isə sakinlər narazı qalır. 

Çoxmərtəbəli binalarda yaşanan problem bununla bitmir. Belə ki, yeni binaların parklama yerləri azdır. Yəni binalarda yaşayan insanlar parklama yerlərinə görə mübahisə belə edirlər. Parklama yerlərinin az olması vətəndaşların avtomobillərini yolların kənarında saxlaması və yolların zəbt olunması ilə nəticələnir. Bu isə öz növbəsində tıxacların yaranmasına səbəb olur. Adıçəkilən binalarda park yerini və binaların altındakı dayanacaqları isə MTK sahibi ya sakinlərə icarəyə verir, ya da baha qiymətə satışa çıxarır. 

Həmçinin, MTK-lar mənzilin kvadratın istədiyi qiymətə satır. Eyni ərazidə olan çoxmərtəbəli binalarda satışa çıxarılan mənzillərin kvadratı fərqli qiymətə təklif olunur. 

MTK-lardan sakinləri narazı salan məqamlardan biri də mənzilin kvadratının azaldılmasıdır. Məsələn, vətəndaş 100 kvatrat metr adı ilə mənzil alır, ancaq sonradan məlum olur ki, həmin ev əslində 80 kvadrat imiş. Bir sözlə, bu sahədə qanunsuzluq yaşanır.

Maraqlıdır, MTK-ların mənzil tikintisi və satışı ilə bağlı vahid normativ tətbiq oluna bilərmi? 

  • "Bu sahədə vahid standartın olmaması vətəndaşlara külli miqdarda ziyan vurur, MTK-lar qayda-qanunlardakı boşluqdan istifadə edərək, ciblərini doldurmağa çalışır" 

Əmlak eksperti Elnur Fərzəliyev "Bakı-Xəbər"ə açıqlamasında dedi ki, ölkədə daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir. Həmsöhbətimizin sözlərinə görə, problemlərin aradan qalxması, bununla bağlı standartın müəyyən olunması üçün müvafiq qanun hazırlanmalıdır: "Mənzilin sahəsinin yanlış hesablanması vətəndaşa qarşı haqsızlıqdır. Çox sayda vətəndaş artıq bununla bağlı məhkəmələrə müraciət edib, öz hüququnu məhkəmə vasitəsilə bərpa edə bilib. İstənilən halda vətəndaşa dəyən zərər ödənməlidir. Çox az sayda tikinti şirkətlərini çıxmaq şərtilə, əksər binalar satışı özünə sərf edən formada aparır. Ümumiyyətlə, tikinti şirkətləri mənzil satmaqla məşğul olmamalıdırlar. Onların işi binanı tikib təhvil vermək olmalıdır. Tikinti şirkətləri özəl sektordur. Tutaq ki, mənzil almaq istəyirəm. Etirazımı bildirdikdə, şirkət deyəcək ki, istəmirsən, alma. Aidiyyəti qurumlar bu məsələni tənzimləməlidir. Problem bizdə tikinti şirkətlərinin mənzil satması ilə bağlıdır. Tikinti şirkəti ancaq bina tikməlidir. Bu fəaliyyət normaldır, çünki ölkədə həm ev problemini həll edirlər, həm də köhnə binaları yeniləyirlər. Bu, dövlətə bir dayaqdır. Amma satış mexanizmi onlardan alınmalıdır. İşi hansısa rəsmi dövlət qurumu aparmalıdır ki, həm satılan ümumi sahə, kvadratmetrlər düz olsun, həm də mənzilin bir neçə nəfərə satılması halları aradan qalxsın".

Ekspert onu da əlavə etdi ki, təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Digər şəhərlərdə də yeni tikili binaların inşası davam edir. O binalarda işləyən xadimələrin, mühafizənin, digər işçi heyətinin və lift xərclərinin qarşılanması üçün mənzil sahiblərindən kommunal pulları yığılmalıdır: "Bu, tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Hətta digər ölkələrdə əgər binalar fərdi şəkildə idarə olunursa, kommunal xərclər daha bahadır. Kommunal pulların nağd, yaxud nağdsız şəkildə ödənməsi vətəndaşın problemini həll etmir. Çünki vətəndaş hər iki halda bu pulu ödəyir. MTK ilə vətəndaş arasındakı problemin kökü ödənilən pulda deyil, idarəetmədədir. Sakinlər toplaşaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratmalı, idarəetməni də özləri həyata keçirməlidirlər. Bakıda eyni ərazidə yeni tikili çoxmənzilli bina, tam yanında köhnə yaşayış binası, onun da yanında fərdi həyət evlərindən ibarət yaşayış massivləri var. Yeni tikililəri komendantlar, köhnələri mənzil istismar idarələri, fərdi həyət evlərinin bir hissəsini isə bələdiyyələr idarə edir. Bir şəhərdə üç yanaşı idarəetmə sistemi var və heç biri effektiv deyil. MTK vətəndaşlardan kommunal pulu yığır, amma sadəcə öz həyətini təmizləyir, sakinlər köhnə binanın həyətində avtomobillərini saxlayırlar, hansı ki, o əraziləri də mənzil istismar idarələri təmizləyir və s. İdarəetmə düzəlməsə, pulların hansı formada yığılmasının keyfiyyətə təsiri olmayacaq. Narazılıq yenə olduğu kimi qalacaq". 

E.Fərzəliyev hesab edir ki, vahid idarəetmə sistemi qurmaq lazımdır: "Bu sistem qurulmasa,   binaların köhnəlməsi prosesi sürətlənəcək. MTK-ların yığdığı kommunal pulları yalnız həmin ay istifadə üçün bəs edir. Əksər çoxmənzilli binaların artıq dam örtüklərinin təzələnməsinə ehtiyac var, liftlər köhnəlib, fasad boyaları bərbad vəziyyətdədir. Çünki onların ümumi maddi texniki bazaları yoxdur. Yığılan pulların hər birindən bazaya pul yönəlməlidir ki, gələcəkdə lazım olan xərclər qarşılansın".

Ekspertin fikrincə, əslində binanın satışını MTK deyil, ASAN xidmət və ya hansısa dövlət qurumu aparmalıdır. Yeni tikililərin elə ilk başda Ədliyyə Nazirliyi tərəfindən müvafiq reyestri də həyata keçirilməlidir. Vətəndaşın MTK ilə bağlanan müqavilədə mənzil sahəsi olduğundan çox göstərilibsə, yəni əslində hər kvadrat metrə görə ödənilən pul müqabilində mənzil təqdim edilmirsə, aidiyyəti qurumlara müraciət edilməlidir. Göründüyü kimi, bu sahədə vahid standartın olmaması vətəndaşlara külli miqdarda ziyan vurur. MTK-lar qayda-qanunlardakı boşluqdan istifadə edərək ciblərini doldurmağa çalışır, aidiyyəti qurumlar isə məsələyə biganə yanaşırlar: "Buna görə də, bu sahədə vahid standart qəbul edilənədək ev almaq istəyənlər mütləq ekspertlərin məsləhətlərindən yararlanmalıdırlar".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678