Polis Lənkəranda əməliyyat keçirdi - saxlanan narkokuryerin üzərindən külli miqdarda narkotik çıxdı...
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün növbəti əməliyyat keçirib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, tədbir nəticəsində Rövşən Sakit oğlu Qafarzadə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 1240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
ZÜMRÜD