"Fransa Əlcəzairdə dəhşətli qırğınlar, soyqırımlar törətdi" - Fransanın “Les Oranges” dərnəyinin lideri
Bəşəriyyət yalnız özünün yox, başqalarının da dərdini görməlidir. Bunu Fransanın “Les Oranges” dərnəyinin lideri Mhamed Kaki"Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Dekolonizasiya sözü bugün çox böyük əhəmiyyət daşıyır. Bu hərəkatın 100 ildən çox olmasına baxmayaraq, müstəmləkə siyasəti hələ də qalır. Hər hansı bir dövlət öz azadlığını istədiyi zaman onu “şeytanlaşdırırlar”, hədəfə alırlar. Bunu da kim edir? Qərb, keçmiş müstəmləkəçilər.
Fransa ordusu Əlcəzairdə dəhşətli qırğınlar, soyqırımlar törətdi. Burada 40 min insanın ölümündən söhbət gedir. Əlcəzair xalqı anladı ki, müstəmləkədən qurtulmaq lazımdır”,- deyə o bildirib.