"Biz hələ də müstəmləkəyik" - Qvadalupe Qadınlar Birliyinin prezidenti
Fransa müstəmləkəsində assimilyasiya statusuna məruz qaldıq.
Trend xəbər verir ki, bu barədə Qvadalupe Qadınlar Birliyinin prezidenti Ketty Lombion “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Bizim mübarizəmiz hələ də davam edir. Bütün həyatımızda müstəmləkənin nəticələrini görürük. Bundan ən çox qadınlar travma alıb. Şiddət və çətinliklə üzləşən qadınlar ayağa qalxaraq azadlıq tələb edib.
Biz hələ də müstəmləkəyik və azad olmalıyıq. Qadınlarımız səlahiyyətləndirilməlidir. Davamlı şəkildə hazırkı situasiyanı dəyişməyə çalışırıq”,- deyə o bildirib.