"Fransa bizə 25 milyon avro kompensasiya ödəməlidir" - Siyasi hərəkat sözçüsü
Fransa bizə kompensasiya ödəməlidir. Bu təzminat 25 milyon avro hesablanıb.
Trend xəbər verir ki, bunu "L'Alliance Nationale Guadeloupe" siyasi hərəkatının sözçüsü Laurence Maquiaba "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, müstəmləkəçilik dövründə ölkəsində qadınlar böyük çətinliklərə məruz qalıblar.
"Qadınların üçdə biri iş yerlərində zorakılığa məruz qalıb. Sorğuda iştirak edənlər tibbi xidmətlərdən istifadə edə bilmədiklərini bəyan edirlər. Biz istəyirik ki, sosial hüquqlar bərabər olsun, qadın və kişilərin əməkhaqqıları eyniləşdirilsin. Ölkəmizin azadlığı üçün mübarizə aparırıq. Buna görə də iqtisadi cəhətdən güclü olmalıyıq".