AFFA sabah toplanır - De Byazinin məsələsi müzakirə olunacaq
Sabah AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək. Toplantıda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.
Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq. İclasda millinin Avro-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.
Mətləb