Mərdəkanda "Jiquli"nin vurduğu piyada vəfat etdi
![Image](/uploads/posts/2023-11/1ce7c4d2-6d55-305c-9da4-7fd1214c5f08_850.webp)
Bakıda avtomobilin vurduğu piyada ölüb. Hadisə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsi qarşısında baş verib. Belə ki, "Qaranquş" sanatoriyasının qarşısında sürücü 1999-cu il təvəllüdlü İbrahim Həsənov idarə etdiyi "VAZ-2107" markalı, 77-CJ-397 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən piyada 1956-cı il təvəllüdlü Cəfər Hüseynovu vurub. Nəticədə sonuncu noyabrın 20-si almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı istintaq aparılır.
Mətləb