Ağdam - Qarabağın cənnəti necə “Qafqazın Xirosiması”na çevrildi?....
Bu gün özünün şəhər gününü qeyd edən Ağdam rayonu 30 illik işğal zamanı erməni vəhşiliyindən ən çox ziyan görən rayonlarımızdandır. Rəşadətli ordumuzun 44 günlük zəfər savaşında azad etdiyi gözəl Ağdam erməni vəhşiliyinə şahidlik edən vətən torpağımızdır. Təsadüfi deyil ki, erməni vandalizminin bu şəhərdə törətdikləri vəhşiliklər Ağdama səfər edən bütün beynəlxalq qurumların, dünya miqyaslı jurnalistlərin heyrətinə səbəb olur. Bütün törədilən vəhşilikləri görənlər Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdılar. Qarabağın cənnəti erməni vandalizmi tərəfindən cəhənnəmə çevrilmişdi...
Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. İşğal dövründə bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu,beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Bütün bu sadaladığımız, törədilən humanitar fəlakətlər, mədəni abidələrin barbarcasına məhv edilməsi faktları Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsi üçün kifayət qədər böyük əsasdır. Erməni faşizmi törətdiyi hər cinayət üçün hüquq qarşısında cavab verməlidir. Xüsusilə “Qafqazın Xirosiması”nda törətdikləri üçün...
Mətləb