Çərşənbə günü, 14 may 2025
     

Enerji diplomatiyasının yeni uğurları və hədəfləri

Image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha regionumuzun geostrateji, ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini, eyni zamanda, bu Azərbaycanın qlobal enerji koalisiyasında dayanmadan artan nüfuzunu nümayiş etdirdi.

Dünyanın enerji sənayesi elitasını bir araya gətirən, uğurlu və nümunəvi bir modelə çevrilmiş bu mötəbər tədbirlərin açılış mərasiminə Prezident İlham Əliyevin qatılması və hər dəfə yeni məzmunlu çıxışı Məşvərət Şurasının statusunu və əhəmiyyətini daha da artırır.

Hər iki tədbirlidə dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı isə dünyanın enerji sənayeləşməsində yaranan yeni fraqmentasiyalar fonunda mövcud reallıqların qiymətləndirilməsi və çıxış yollarının tapılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, dünyanın tanınmış enerji icmasının ənənəvi olaraq hər il Bakıya toplanması ölkəmizin mərkəzi coğrafiya və enerji körpüsü olmasını təsdiqləyir.

Tədbirdə çıxış edən cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantılar enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır və hər il enerji ailəsinin sırası genişlənir. “Bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu, əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir”.

Azərbaycan Prezidentinin vurğuladığı kimi bu tədbirlərin ana hədəfi əməkdaşlığı daha da gücləndirməkdir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmaz. İkinci məqsəd tərəfdaşlarla birgə enerji təhlükəsizliyini təmin etməkdir. Qlobal enerji ailəsində özünü etibarlı və sadiq təchizatçı kimi təsdiqləmiş Azərbaycan ötən illərdə dünya ölkələrinin bir çoxunun neft və qaz təhlükəsizliyini təmin edib, həm hasilat, həm nəql olunmada dayanıqlı körpü yaradıb.

Azərbaycan uzun illər neft bumu ilə böyük bir coğrafiyanın enerji simasını dəyişdirib, Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını müəyyənləşdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini müvəffəqiyyətlə icra edərək neft strategiyasını zənginləşdirib. Son illərdə isə enerjinin yeni şaxəsi olan təbii qaz nəqli ilə yeni tədarükçü adını qazanıb. Tərəfdaşlarla birgə Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi kəmərləri reallaşdıran Azərbaycan Cənub Qaz dəhlizinin böyük bir enerji koridorunu yaradıb. Son beş ildə Avropa İttifaqının qaz təminatında koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, bunlardan 8-i Avropa İttifaqının üzvüdür.

Bu yüksək etimad və möhkəm tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Azərbaycanın qaz hasilatı artdıqca bu sıra genişlənir və əlaqələndirilən interkonnektorlar vasitəsilə digər Avropa İttifaqı ölkələri də Azərbaycan qazı ilə təmin olunacaq. Eyni zamanda, Cənub Qaz Dəhlizi böyük uğur hekayəsi olmaqla arxitekturası da möhkəmlənir, qaz boru kəməri sisteminin genişləndirilməsi istiqamətində davamlı birgə səylər atılır.

3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriya olduğundan Avropanın nəhəng sərmayəçiləri, maliyyə institutları da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlıq edirlər. Bunu dünyada baş verən geosiyasi dəyişikliklər də tələb edir.

Azərbaycan nəhəng hasilat və nəqletmə layihələrini icra edərək Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesində yeni hədəfləri müəyyən edib. Qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard m3 qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynayacaq. Nəticədə Azərbaycan Avropaya qaz nəqli daha da artacaq.

Sözsüz ki, hər açılan yeni enerji cığırının və strateji yol xəritəsinin müəllifi Prezident İlham Əliyevdir. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Məşvərət Şurasının yeni özəlliyi və məzmun gətirən ən başlıca istiqaməti isə “yaşıl enerji” blokunun Bakıda formalaşmasıdır. Məsələ burasındadır ki, neft və qaz tədarüklərində Azərbaycanla birgə yer alan və Azərbaycanın enerji resurslarından faydalanan Avropa bərpaolunan enerjinin nəqlində də Azərbaycana bel bağlayır. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Xarici investorlara bu sahədə qurulmuş uğurlu əməkdaşlıq “yaşıl enerji” sektoruna böyük sərmayə axınlarının əsasını qoyub. Cənab Prezidentin qeyd etdiyi kimi, “bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər altı giqavat günəş və külək enerjisi təmin edəcək”.

“Yaşıl enerji” gündəliyində ən cəlbedici bölgə isə Şərqi Zəngəzur və Qarabağdır, Bu bölgədə artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq.

Yeri gəlmişkən, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycan Hökuməti və “Enerso Cəbrayıl” MMC, “Clean Energy Jabrayil” MMC arasında imzalanmış sazişlərə əsasən, Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası və 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası inşa olunacaq. Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında imzalanmış digər saziş isə Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutur. Nəticədə, “yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinə dair imzalanan memorandum, eləcə də “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə memorandum tərəfdaş ölkələrin “yaşıl koalisiyanı” formalaşdırır və Mərkəzi Asiya‒Trans-Xəzər enerji dəhlizinin reallaşmasına səbəb olacaq.

Beləliklə, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın enerji sahəsində qazandığı uğur hekayələrinin yeni səhifəsinin açıldığını, ələlxüsus da qlobal təşəbbüskarlığının yeni platformasının – “yaşıl enerji” alyansının formalaşdığını əks etdirməklə ölkəmizin siyasi və iqtisadi iradəsini nümayiş etdirdi.

Ramid Namazov
Milli Məclisinin deputatı



VİDEO

SON XƏBƏRLƏR

14.05.2025 / 00:15
Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qatılmayacağını açıqladı...

13.05.2025 / 22:34
İsrailin qulağı səsdədir: Husilər Təl-Əvivə hücumlarını davam etdirirlər

13.05.2025 / 21:18
Saxta erməni “soyqırımı”nın 110 illiyində 2 İran alimi Tehranda əsl həyasızlıq etdi...

13.05.2025 / 21:03
PKK-nın silahı buraxmasına Öcalan özü şəxsən nəzarət edəcək... Necə?

13.05.2025 / 21:02
“Tramp sabah Ər-Riyadda Suriya lideri ilə görüşəcək”

13.05.2025 / 21:00
ABŞ Suriyaya qarşı sanksiyaları aradan qaldırdı

13.05.2025 / 20:50
ABŞ konqresmenləri “Qarabağda deportasiya, genosid girovluğundan” qurtula bilmir...

13.05.2025 / 20:42
Adəm Kadırovun təltif mərasimində qalmaqal yaşandı

13.05.2025 / 20:36
Azərbaycandan Ukrayna və Rusiyaya növbəti atəşkəs çağırışı edildi...

13.05.2025 / 20:22
Bakı-İrəvan sülh sazişi barədə yeniliklər var...

13.05.2025 / 20:08
İrəvan inanılmaz şəkildə yenidən Rusiyaya yaxınlaşır - Bakı üçün təhlükə...

13.05.2025 / 19:54
Paşinyan Putinlə danışıb Köçəryanın qələmini qırdı...

13.05.2025 / 19:49
Tramp Səudiyyə ilə tarixin ən böyük silah sazişini imzaladı, həm də musiqi sədaları altında - 142 milyard dollarlıq...

13.05.2025 / 19:44
Mayın 15-də İstanbulda Putin-Zelenski görüşü baş tutmaya bilər... Putin yanlış etdi və Zelenski bu səhvi dərhal tutdu...

13.05.2025 / 19:40
PKK-nın buraxılmasından sonra nələr olacaq...

13.05.2025 / 19:27
Muğama sahib çıxmağımız ermənilərin “mədəni təcavüz” planlarını alt-üst etdi...

13.05.2025 / 19:14
Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

13.05.2025 / 19:09
Edqar Kazaryan erməniləri Azərbaycanın İrəvana hücumuyla qorxudur

13.05.2025 / 19:06
PKK- nın 46 illik terror mübarizə yolu uğurla icra ediımiş tarixi missiya adlandırıldı....

13.05.2025 / 18:58
Rusiyaya daxil olan azərbaycanlılar üçün yeni çətinlik yaradılır - QR kod əngəli...

13.05.2025 / 18:45
Terrorun günahsız qurbanlarından üzr istəmək PKK-nın əsas gündəm məsələsi olaraq qalır...

13.05.2025 / 18:37
Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib - FOTO

13.05.2025 / 18:31
Tramp Putin-Zelenski görüşündə əsas bir səbəbə görə iştirak etmək istəyir...

13.05.2025 / 18:25
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" - Anar Ələkbərov

13.05.2025 / 18:17
Ukraynaya atəşkəs tövsiyəsi verənlər Əliyevin 1994-cü il təcrübəsini xatırlatmağı "unutdular"...

13.05.2025 / 18:03
2-ci Dünya müharibəsindən sonra bu yeganə fenomen Azərbaycanda baş verdi...

13.05.2025 / 17:50
Çinə rüsum qərarının dəyişməsi Trampın nüfuzunu daha da sarsıda bilər...

13.05.2025 / 17:36
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE

13.05.2025 / 17:34
Putin böyük psixoloji çətinlikdə - Zelenski təkbətək görüşə israr edir...

13.05.2025 / 17:32
Məhkəmədə "Şərurlu İsfəndiyar"ın barəsində həbs qətimkan tədbirinin seçilməsi istəndi

13.05.2025 / 17:20
Plastik cərrahiyyənin vahid standartları olacaq - standartı aşanlar cəzalanacaq...

13.05.2025 / 17:15
Əhliman Əmiraslanov TBMM nümayəndə heyəti ilə görüşdü

13.05.2025 / 17:11
Bəhruz Əhmədov hərbi prokuror təyin edildi

13.05.2025 / 17:02
Müharibə əlilləri və şəhid ailələri 2030-cu ilədək mənzillə təmin ediləcək

13.05.2025 / 16:56
Öz həqiqətinə söykənən dərviş ruhlu şair

13.05.2025 / 16:55
“Netanyahudan narazı olan Tramp, İsraili Yaxın Şərq razılaşmalarından kənarlaşdırdı”

13.05.2025 / 16:41
Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub - VİDEO

13.05.2025 / 16:34
Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edildi

13.05.2025 / 16:33
Vətən üçün yaşadı Cavid

13.05.2025 / 16:10
Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir

13.05.2025 / 15:42
Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı ləğv edə bilər - Putin İstanbula getsə...

13.05.2025 / 15:28
Lənkəranda adı “Qırmızı kitab”da olan balıqları ovlayan şəxs saxlandı

13.05.2025 / 15:17
Eşqi Bağırov səs yazısı yayılan məktəb direktorundan danışdı - bu hallara qarşı barışmaz mövqedəyik

13.05.2025 / 15:05
Neftçalada 18 min manatlıq kommunikasiya naqilləri oğurlandı

13.05.2025 / 14:16
"Saxta yolla tələbə adını qazananlara viza verilir" – Millət vəkili

13.05.2025 / 14:11
Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub - FOTO/YENİLƏNDİ

13.05.2025 / 14:00
60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs olundu

13.05.2025 / 13:46
UNICEF yaxın aylarda Azərbaycanda operativ fəaliyyətini sona çatdıracaq

13.05.2025 / 13:22
Bakıda 128 yaşlı tarixi bina söküldü... - FOTO

13.05.2025 / 13:10
Путин попал в геополитическую кому - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.05.2025 / 12:41
Qarabağ Universitetinə qəbul planı açıqlandı

13.05.2025 / 12:06
Paşinyan Putinin çətiri altına qayıdır..

13.05.2025 / 12:03
Kuklaçılar beynəlxalq festivala gedir

13.05.2025 / 12:03
Fuad Əbdürrəhmanovun xatirəsi yad edildi

13.05.2025 / 12:00
Tramp Ər-Riyada gəlib

13.05.2025 / 11:43
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

13.05.2025 / 11:32
"AZAL Sıfır Emissiya Planı hazırlayır" - qurum rəhbəri

13.05.2025 / 11:26
Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib

13.05.2025 / 11:25
Ramzan Kadırovun oğlu Adəmə növbəti mükafat təqdim edildi

13.05.2025 / 11:18
Kiberdələduzluq bitmir - bank kartlarından 9 min manat oğurlanıb

13.05.2025 / 11:07
Gəncədə kəllə-beyin tramvası alan şəxs xəstəxanada ölüb

13.05.2025 / 11:03
Afərin Türkiyə, halal olsun! - CANLI

13.05.2025 / 11:00
1747 nəfər üçün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

13.05.2025 / 10:31
Paracüdoçularımız dünya çempionatına qatılıblar

13.05.2025 / 10:24
Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib- nazirdən açıqlama

13.05.2025 / 10:18
Sumqayıtda bir ov tüfəngi və bir avtomat tapılıb

13.05.2025 / 10:08
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyində olub

13.05.2025 / 10:02
Tramp Qətərin Boeing-ini qəbul edəcək: -"Axmaq deyiləm ki, rədd edəm"

13.05.2025 / 10:00
Bu gün Bakının 2 qəsəbəsi qazsız qalacaq - əhaliyə XƏBƏRDARLIQ

13.05.2025 / 09:32
ABŞ elan etdi - Birləşmiş Ərəb Əmirliklərinə 1,4 milyard dollarlıq silah satılacaq

13.05.2025 / 09:26
Kann Film Festivalında qırmızı xalçada açıq-saçıq geyinmək qadağan edildi!

13.05.2025 / 09:22
Başqa ölkələr bu tibbi əməliyyatları qadağan edir - Azərbaycan üçün də düşünməyə dəyər...

13.05.2025 / 09:18
Bakıda iki avtomobil toqquşub, sürücü ölüb

13.05.2025 / 09:11
Qəddafinin vətənində bir-birini qırırlar...

13.05.2025 / 09:07
Atəşkəslə bağlı Azərbaycan təcrübəsi Ukraynanın və Rusiyanın yeganə xilas düsturudur

13.05.2025 / 09:05
Mbappe ŞOKDA - PSJ ondan 98 milyon avro tələb edir!

13.05.2025 / 08:58
Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə edib

13.05.2025 / 08:36
Dövlət xəstəxanalarında KT və MRT cəmi 20 faiz ödənişə keçdi....

13.05.2025 / 00:49
Putin İstanbulda Zelenski ilə birbaşa danışıqlardan imtina etdi – Kremlin bəhanəsi…

12.05.2025 / 23:23
Atəşkəsin 1994-cü il Azərbaycan nümunəsi Ukrayna üçün qiymətli örnək ola bilər...

12.05.2025 / 22:55
Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına şəxsən qatıla biləcəyini açıqladı - Zelenski və Putin iştirak etsə...

Azərbaycanın ən böyük insan haqları layihəsi - Qərbi azərbaycanlıların qayıdışı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678