Gürcüstan Azərbaycandan yardım istədi - qonşu ölkəyə əlavə enerji ötürüldü

Xəbər verildiyi kimi, bu gün Gürcüstan enerji sistemində böyük qəza baş verib. “AzerEnerji”dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, bu an Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib.
“Dərhal "AzərEnerji" tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub”, - qurumdan əlavə edilib.
"AzərEerji"nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
ZÜMRÜD