KÖHNƏ VERSİYA            

“Gözüm zəif görür, ancaq Vətən eşqim zəif deyil...” - Dördüncü yazı

Image

Xidmət vaxtı başa çatdı, Əli əsgrlikdən gəldi. Vətənə olan sevgisi üzündən sülhməramlıların olduğu dəstəyə ya­zıldı. Nümunəvi xidmətini, qazandığı hörmət və rəğbəti nə­zərə alıb onu qəbul etdilər. Bir gün evə gəldi, pərişan hal­da idi, yorğun gözlərini ani olaraq anasının gözlərinə di­kib dedi:

- Mama, mən artıq sülhməramlıların dəstəsindəyəm. İnşallah, bugünlərdə Əfqanıstana gedəcəm. 

Qəlbi təlatümlə dolan ana dərhal dilləndi:

- Ay oğul, getmə. Bilirəm, bütün bunlar dolanışığımız üçündü. Amma Allah kərimdi, burda da bir yol-iriz tapar, birtəhər dolanarıq. 

Əli gözlərini qarşıda görünən boşluqlara dikib dedi:

- Gedəcəm, ana. Mənim alnıma hərbçi olmaq yazılıb... 

Anası təkid etdi:

- Getmə, qurbanın olum, ananı tək qoyma.

Əli anasının gözlərində «solan» ümidləri görüb dedi:

- Yaxşı, getməyəcəm.

Anası sevindi. Elə bildi Əli bunu ürəkdən deyir. 

Bir müddətdən sonra Əli anasına zəng vurdu:

- Ana, incimə, mən artıq sülhməramlı dəstəyə ərizə yaz­mışam, Əfqanıstana gedəcəm. 

Yazıq ana bilmədi ki, həmin an Əli də orada digərləri ilə birlikdə komissiyadan keçirmiş. 

Komissiya üzvləri hər kəsi çox dəqiq yoxlayır, xidmətə yararlı olub-olmadığını nəzərdən keçirirdilər. Əli bunu gö­rüb məyus oldu. Qorxdu ki, gözlərinin zəif görməsi səbəbindən onu dəstədən kənarlaşdırarlar. Növbə ona da çatdı. Komissiya üzvləri onu da dəqiq yoxladılar. Məlum oldu ki, gözləri zəif görür. O, bu halda xidmət üçün yararlı sa­yıl­maz. Ümumi qısa müzakirədən sonra belə qərara gəldilər ki, Əliyə «yox» cavabı versinlər. Hətta bunu Əliyə bə­yan da etdilər, onu aşkarcasına sülhməramlılara yazmaq is­təmədilər. Əli sanki yalvardı, acizanə şəkildə dedi:

- Bəli, gözüm zəif görür. Ancaq Vətən eşim zəif deyil. Mən mütləq Əfqanıstana getməliyəm. 

Əsas həkim Əlinin israrından duyuq düşdü, soruşdu:

- Axı sənə oraya getməyə nə vadar edir?

Əli kövrəldi, özündə güc tapıb dedi:

- Ailə vəziyyətimiz. Mən və qardaşım anasın himayəsində böyüdük. Çox ağır günlər keçirtdik. Çox vaxt ac qaldıq. Əynimiz təzə paltar, qarnımız isti yemək görmədi. Ata­sızlıq bizi yüz illərin adamı kimi yorğun saldı. Anamız ye­mədi, bizi yedirtdi, qışda üşüdü, yayda pörtdü, canı xəs­təlik tapdı. İndi ona yaşadığı ağır, məşəqqət dolu günləri unutdurmaq bizim – mənim və qardaşımın borcudur. Xa­hiş edirəm, məni dəstəyə yazın… 

Həkim eynəyini gözlərindən aralayıb diqqətlə Əliyə baxdı, barmağını gözlərinin ucuna toxundurdu. Təxmin et­mək olardı ki, Əlinin dedikləri onu da kövrəldib…

Beləcə, həkimin razılığı ilə Əli sülhməramlıların dəstəsinə qəbul edildi. Vaxt çatdı, böyük bir dəstə Əfqanıstana yo­la salındı. Əli orada altı ay qulluq etdi. Təyin edilmiş vaxt başa çatan kimi Əlinin də olduğu dəstə geriyə qayıtdı. Əli həyatın çətinliklərinə qalib gələn adamlarsayaq ev­lə­rinə gəldi. Anasının sevinci bitməmiş işləmək fikrinə düşdü. Beş-on gündən sonra iş axtardı. Öz sənətinə uyğun iş tapa bilmədi. Harada ixtisasına uyğun iş tapdısa, ondan bir ətək pul umdular... 

Bəlli idi, Əlinin baş vurduğu ağır sahələrin hamısı normal həyat şəraiti qura bilmək, ev tikmək üçün idi. Neçə vaxt idi ev tapmışdılar, lakin almağa pulları yox idi. Buna görə ailə həm qəhərdən boğulur, həm də el-elat ələ salıb gül­məsin deyə özlərini tox tuturdular. 

Əli bir ay hərbçi kimi çalışdı. Anası dedi ki, ay oğul, istirahət et, Allah kərimdi, Əli dedi:

- Həyat bizə istirahət etməyi sanki haram buyurub. İstirahət vaxtı deyil, mama. Bir ay da bir aydı, maaşımı ev üçün topladığımız pulun üstünə qoyaram. Atalar nə deyir, “dama-dama göl olar”. 

Beləcə, aylar bir-birini qovdu, həyat Əhmədovlar ailəsinin gözlərinə çox xırda bir sevinc qondurdu. Minbir əzab-əziyyətlə topladıqları pula bir həyət aldılar. Həyətdə iki ev vardı; biri əsas ev idi, biri də əl damı. Bir təhər evi sa­tan adamla dil tapdılar ki, əllərində olan pulu götürsün, onlar əl damına köçsünlər, sonra qalan pulu da toplayıb verərlər. Ev yiyəsi razılaşdı. Əli və İslam analarını da gö­türüb əl damına köçdülər. Yenə aradan müəyyən qədər vaxt ötdü. Qardaşlar əl-ələ verib bir qədər də pul topladılar, ev yiyəsinə verib əsas evin də halallığını aldılar. Bununla Əhmədovlar ailəsi əl damından əsas evə yığışdı. 

Aradan üç il ötdü. Üç il idi həyatın təlatümləri altında əzilən ailə əsas evdə yaşayırdı. Əli və İslam evi ürəkləri is­təyən kimi təmir etdilər. Hətta Əlinin toyuna hazırlıq ge­dirdi. Ancaq... 

Ancaq Əli və İslam o evdə (heç) doyunca yaşamadılar. Zəhmətləri ilə aldıqları evin sevincini doyunca dadmadılar... 

Vətən müharibəsi başladı. Həmin gün Sevinc ananın da təklik qorxusu başladı. Bir gün sonra həmin qorxu ger­çək oldu. 

...Əli və İslam müharibənin ilk günü ayrı-ayrı istiqamətlərdə şəhid oldular... Vətən onlar üçün içində doyunca otu­­ra bilmədikləri evə çevrildi...

***

2014-cü il idi. İslam Yevlax rayonundakı N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdı. Vətən eşqi onu hər gün bir buğda boyu bərkidir, içində odlu sevdalar cü­cərirdi. Günlər həftələrə, həftələr aylara çevrildikcə onun da işğal altındakı torpaqlarımızı geri almaq istəyi tunc biləkli arzu kimi qan rəngi alırdı. Hətta içində o qədər hə­vəs var idi ki, qardaşı Əlini də müddətdən artıq xidmətə dəvət etdi. Anaları narazılıq etsə də, buna (mədəni şə­kil­də) məhəl qoymadılar, hər iki qardaşın Vətən sevgisi ana istəyinə güc gəldi. Əli də N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başladı. O da hər gün fərqli-fərqli sevdalarla Vətəni sevdi, onun uğrunda can fəda et­mək arzusunu özünə şərəf bildi. Beləcə, 2020-ci ilin sentyabr ayınadək hər iki qardaş nümunəvi xidmətləri ilə rəğbət qazandı, hörmətə layiq oldu. Komandanlıq, xidmət yol­daşları onlardan razı idi. Hansından söz düşürdü, ağız do­lusu tərif yağdırırdılar. Əslində, onlar Əhmədov qardaşlarını tərifləmirdilər, haqlarında olanı – gerçəyi deyirdilər...

12 iyul 2020-ci ildə erməni hərbi birləşmələri Er­mə­nistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu əraziləri boyunca terror hadisələri törətdi, ordumuz buna cavab olaraq güclü əməliyyatlar apardı, düşmənə sarsıdıcı zərbə vurdu. Bu hadisə 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlamasına zəmin yaratdı. Xain həmlə, ter­ror zamanı general-mayor Polad Həşimovun və onunla birlikdə bir neçə yüksək rütbəli zabit və əsgərimizin həlak olması bütün Azərbaycan xalqını sarsıtdı, minlərlə insan küçələrə axışdı, hamı sanki müharibə tələb etdi. Nəhayət, Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də ermənilərin növbəti həmləsinə cavab olaraq sübh tezdən əks-hü­cum əməliyyatı başladı. Ordumuzun yüksək döyüş hazırlığı ilk gündən Ermənistana ağır dərs verdi. O gün ürəyində Vətən eşqi, əlində silah-sursat olan hər kəs Azərbaycan naminə içində bir döyüş nəğməsi oxudu... Həmin gün Mingəçevirin Günəşli qəsəbəsində boya-başa çatmış Əli və İslam Əhmədov qardaşları da müxtəlif ərazilərdə düş­mə­nə qarşı silaha sarıldılar. Şəhid olduqları ana qədər Və­tən uğrunda əllərindən nə gəlirsə, etdilər. Əli avtomatı, İs­lam isə dəmir atı (tankı) ilə erməni faşistlərinə qan uddurdu. Qısa vaxt ərzində onlar düşmən tərəfin xeyli canlı qüv­vəsini məhv etdilər, hərbi texnikalarını sıradan çıxartdılar. 

Ancaq… Təəssüflər olsun ki, Əli növbəti həmlə zamanı erməni tərəfin gülləsinə tuş gəldi. Bütün istəkləri, arzuları, quracağı xəyallar, ən sonda da anası və qardaşı gözlərinin önündən lent kimi keçdi. “Vətən, canım sənə fədadır, mən döyüşə məhz bunun üçün gəlmişdim…” dedi, əbə­diyyətin qapısını döydü… Əli müharibənin ilk günü qardaşı İslamdan xəbərsiz Vətən uğrunda şəhid oldu...

***    

İslam sentyabrın əvvəlində müharibə olacağından xəbərdar idi və axırıncı dəfə anası ilə görüşəndə (əslində, vidalaşanda) onu bərk-bərk qucaqlamışdı. Hərbi hissəyə qayıdanda yolda dostuna demişdi ki, inşallah, yaxın günlərdə geriyə qəhrəman kimi qayıdacağam. Dostu da ona demişdi ki, sən indidən əsl qəhrəmansan…

…27 sentyabr 2020-ci ildə İslam (da) Füzuli istiqamətində döyüşə başladı. Az vaxtda tankı ilə düşmənə ağır zərbə vurdu. O, tanka minəndə özünü qarşısıalınmaz qala kimi hiss edirdi. Elə düşmənin üstünə də hər dəfə bu ruhla gedirdi. Axırıncı dəfə də bu ruh onun içində, gözlərində, düşmənə tuşlanan nifrətində idi. Amansız ölüm bu ruhu qırmızı rəngə boyadı. Düşmənə hədəf olan İslam ölümcül yaralandı, döyüş yoldaşı onun can verdiyini görəndə, bərk həyəcanlandı, onu bağrına sıxıb ağladı. Hiss etdi ki, o, nəsə deyir, əslində, demək istəyir, dərhal qulaqlarını onun ağzına yaxınlaşdırdı. İslam dedi:

- Ölürəm. Əgər şəhid olsam, mamama deyərsən ki, oğ­lun səni çox istəyirdi, ürəyini çıxarıb verəcək qədər çox... 

Nə yaxşı ki, o, bu sözləri deyə bildi. Dedi və gözlərini əbədi yumdu. Vətən İslam adlı qəhrəmanını qucaqladı, onu Cənnətin ən uca səltənətində oturtdu…

Müharibədən bir neçə ay sonra İslamın (həmin) döyüş yoldaşı Mingəçevirdə ikən Sevinc xanımla görüşdü, İslamın vəsiyyətini ona çatdırdı. Sevinc xanım övladları şəhid olanda bəlkə də heç belə ağlamamışdı, elə nalə qopartdı ki, dağ-daş yandı… Bir xeyli vaxtdan sonra sakitləşdi, başını İslamın başdaşına söykəyib dedi:

- Əziz balam, məni ürəyini çıxarıb verəcək qədər çox istədiyini bilirdim...

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930