"Xocalının ağrısı türk xalqında dərin bir yaradır" - Cahit Bağcı
Bu gün Xocalı faciəsinin 32-ci ildönümüdür. Xocalının ağrısı türk xalqında dərin bir yaradır. Trend xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Kədərimiz davam edir. Bu kədəri ürəyimizdə dərindən hiss edirik. Bir tərəfdən bu kədəri yaşayarkən, digər tərəfdən Qarabağın işğaldan azad olunmasını, ərazi bütövlüyünün bərpa olmasına sevinirik. Antiterror tədbirləri ilə Azərbaycanın ərazi bötüvlüyü bərpa edildi. Xocalı faciəsində şəhid olanların,qətlə yetirilənlərin qisası alındı. Allah hər birinə rəhmət eləsin. Xocalılı qardaşlarımız artıq öz doğma ata-baba yurdlarına geri dönə biləcəklər", - deyə o, bildirib.