KÖHNƏ VERSİYA            

Paşinyan ölkəsini Qərbin ikili oyunlarından qoruya bilmədi...

Image

Ermənistanın Qərbin ikili oyunlarının yeni qurbanı olacağına dair elə bu ölkənin özündə xəbərdarlıqlar artır. Qeyd edilən xüsusda “Qraparak” qəzeti yazır: “Münhen səfərindən sonra Ermənistanda yeni impulsla anti-Rusiya əhval-ruhiyyəsi yaranacaq və tarazlıqda olan Ermənistan-Rusiya münasibətlərini birdəfəlik sıradan çıxarmağa cəhd ediləcək. Rusiyanın Ermənistandan qovulmasına cəhdlər olacaq.

Hökumətyönlü mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın hərbi ambisiyalarını cilovlayacağını vəd etdiyini bildirir. Məhz buna görə də Paşinyan Münhendə erməni icmasının nümayəndələri ilə görüşündə bunu bir daha təkrar edib:
 “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil, bu, bizim səmimi mövqeyimizdir”. Ruslar bunu yaxşı qarşılamır, o səbəbdən Ermənistanı yeni problemlər gözləyir. Rusiyada gizlənən Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kilinkarov da baş verənlər fonunda Qərbin ikili oyunlarına diqqət çəkib: “Bu vəziyyətdə Rusiya deyil, Ermənistan zəifdir. İrəvanın, əlbəttə ki, lazım bildiyi nöqteyi-nəzərini ifadə etmək hüququ var, amma bu, Paşinyanın böyük səhvidir. Ermənistanın Ukrayna mövzusunda Rusiyanın müttəfiqi olmadığı barədə bəyanat verən Paşinyan Qərbdən heç bir təminat almadı və üstəlik, Rusiyadan da bütün zəmanəti itirdi. Beləliklə o, problemləri ilə tək qaldı. Ermənistan çox çətin vəziyyətə düşəcək və eyni zamanda Rusiyanın dəstəyi olmayacaq, Qərb də onları sadəcə dəstəkləməyəcək. Ermənistan təhlükəsizlik istəyirsə, o zaman anlamalıdır ki, bu təhlükəsizliyi sözdə və ya kağıza imza atmaqla deyil, kim həqiqətən də təmin edə bilər. Bunun əsasında müvafiq qərarlar qəbul edilməlidir. Ancaq bunun üçün müstəqil olmalı və bu marağın nə olduğunu başa düşməlisiniz. Düşünürəm ki, Ukrayna da çoxlu siyasi səhvlərə yol verib. İstifadə olunmayan bir çox variant var idi. Ermənistanda da vəziyyət eynidir. İmkanlar var idi, variantlar var idi, lakin yanlış siyasi qərarlar verildi və göründü ki, onlar nələrə gətirib çıxartdı”. Bunlar fonunda məsələyə “vestikavkaza” nəşri də diqqət edərək yazır: “Rusiya ilə Qərbin qarşıdurması kontekstində rusiyalı həmkarlarının artıq dəvət olunmadığı məkanlarda postsovet liderlərinin peyda olması həmişə Moskvada böyük maraq doğurur. Bura Rusiya prezidenti Vladimir Putinin uzun müddətdir iştirak etmədiyi Davos Forumu və Münhen Təhlükəsizlik Konfransı daxildir. Bu hadisələrin əsas mövzularından biri Ukrayna hadisələridir. Vladimir Zelenski Kiyevin təhlükəsizliyinə zəmanət, NATO-ya üzvlük, maliyyə və Ukrayna Silahlı Qüvvələrinin silahları ilə bağlı sövdələşmələr aparmaq üçün bu cür formatlardan istifadə etməyə çalışır. Əgər Avropa ölkələrinin və Zelenskinin davranışı hələ də hansısa məntiqə uyğun gəlirsə, o zaman əvvəllər bitərəf olan Finlandiya və İsveç kimi ölkələrin, eləcə də Moskvanın müttəfiqlərinin münaqişəyə cəlb olunması çaşqınlıq yaradır. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyandan gedir. Əvvəllər siyasətçi artıq bir sıra qəribə açıqlamaları ilə diqqət çəkib, lakin hər dəfə ekspertlər əmin olurlar ki, bunlar sadəcə istisnalar deyil, müəyyən tendensiyadır. Münhendəki konfrans yalnız bunun təsdiqi idi. Qərb dünyasının ürəyində dayanan Paşinyan açıq şəkildə bildirdi ki, KTMT və Aİİ-yə üzvlük sadəcə formallıqdır və Ermənistan artıq Rusiyanın müttəfiqi deyil.

Paşinyanın bəyanatında iki əsas mesaj var. Birincisi, o, Qərbə başa salmaq istəyir ki, Ermənistan Ukraynada xüsusi hərbi əməliyyatı dəstəkləmir və hətta onu pisləyir. Yəni rəsmi İrəvan Kiyevin rus qoşunlarının təkcə 2022-ci il sərhədlərinə deyil, həm də 2014-cü il sərhədlərinə çıxarılması tələblərini dəstəkləyir. Məlumdur ki, Ermənistan Krımın Rusiyaya birləşdirilməsini tanımır. İkinci mesaj ondan ibarətdir ki, Paşinyan Avropa Birliyinin Vahid Xarici və Təhlükəsizlik Siyasətinə sığmağa çalışır. Xatırladaq ki, ötən il Aİ-nin yüksək səviyyəli rəsmiləri Ursula fon der Leyen və Cozep Borrell Gürcüstana səfər zamanı açıq şəkildə bildirmişdilər ki, Tiflis namizəd üzvlük statusu almaq istəyirsə, o zaman Gürcüstan Rusiya ilə bağlı dəqiq mövqe tutmalı və ona qarşı sanksiyalar tətbiq etməlidir. Paşinyan daha əvvəl bəyan edib ki, Ermənistan Aİ-yə daxil olmağa çalışır və Brüsselin hazır olduğu dərəcədə onunla inteqrasiyaya hazırdır. Beləliklə, Münhendə Ermənistanın baş naziri yalnız Avropaya inteqrasiyaya sadiqliyini təsdiqlədi ki, bunun da əsas meyarlarından biri hazırda Rusiyanın xarici siyasətinin pislənməsidir. Sərhədlərin toxunulmazlığı mövzusuna gəlincə, Paşinyanın bu tezisi, bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Şuşa şəhərində rəqs etdiyini və Qarabağın ilhaqını dəstəklədiyini nəzərə alsaq, xüsusilə qəribə səslənir. İndi təbii ki, Paşinyanın ritorikası dəyişib. Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın tərkibində qalan əraziləri necə itirməmək barədə düşünür. Lakin bu, fürsətçi mövqedir. Əgər Qarabağ hələ də Ermənistanın işğalı altında olsaydı, Paşinyan sərhədlərin bütövlüyü məsələsini gündəmə gətirməzdi. Paşinyan administrasiyasının bir çox digər anti-Rusiya bəyanatları və hərəkətləri barədə əvvəllər yazmışdıq. Bu, Paşinyanın həyat yoldaşının Kiyevə səfəri və ölkənin Roma Statutuna qoşulması, Ermənistanın baş nazirinin KTMT iclasında iştirakdan imtina etməsi və Rusiyanın “etibarsız” tərəfdaş kimi göstərilməsidir. Yəqin ki, Kreml Paşinyan və hazırkı rəsmi İrəvanın müttəfiq kimi etibarlılığı ilə bağlı daha bir nəticə çıxaracaq. Lakin Ermənistana münasibətdə “müttəfiq” ifadəsi uzun müddətdir ki, münasibətlərin səviyyəsinin rəsmi təyinatı kimi deyil, köhnəlmiş  formallıq kimi səslənir”.

Samirə SƏFƏROVA







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

22.11.2024 | 16:30
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930