Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxladı
Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb.
Trend bu barədə məlumatlı mənbəyə istinadən xəbər verir.
Məlumatlı mənbə qeyd edir ki, o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
Sual yaranır: o, erməni postlarından, hətta minalanmış ərazidən necə sağ-salamat keçə bilib?
Çexiya tərəfi saxlanılan şəxslə bağlı artıq məlumatlandırılıb.