KÖHNƏ VERSİYA            

Anti-siyasət Fransanı Azərbaycanda məhv etdi...

Image

Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirən Fransa Cənubi Qafqaz regionunda sülh prosesinə zərbə vurmaqda davam edir. Elə  Fransa Senatının növbəti anti-Azərbaycan qətnaməsi də bunun real göstəricisidir.

Xatırladaq ki, Fransa Senatı hələ 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısını almaq” adlı absurd qətnamə qəbul edib. Qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi və Qarabağın erməni əhalisinin geri qayıtmaq hüququnun təmin edilməsi üçün təminatların verilməsi tələb olunur.  Bundan başqa, Fransa Senatı 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən də ciddi narahat olduğunu bəyan edir. Senat Fransa hökumətinin Ermənistana hərbi texnika tədarükü ilə bağlı qərarını da alqışlayır. Qurum Qarabağın separatçı, terorçu liderlərinin həbsini pisləyir və onların dərhal azad edilməsinə çağırır. Mədəni və dini irsin vəziyyəti ilə bağlı məlumatlandırıcı hesabat hazırlamaq üçün dərhal YUNESKO nəzdində beynəlxalq ekspertlər qrupunun formalaşdırılaraq Qarabağa göndərilməsinin zəruriliyi vurğulanır. Beləliklə, bu sənəd reallaığın tam təhrifi, Azərbaycana qarşı növbəti düşmənçilik sənədidir. Şübhəsiz ki, öz tarixi müstəmləkəçilk, qırğınlar, insanların istismarı və islamofob siyasəti ilə zəngin olan bu dövlətin Azərbaycanla bağlı hər hansı bir qətnamə qəbul etməyə ümumiyyətlə haqqı yoxdur. Xatırladaq ki, Fransa Senatı əvvəllər də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Amma onların qəbul etdiyi qətnamələr ölkəmiz üçün lazımsız bir kağız parçasından başqa bir şey olmayıb. Bu mənada sözügedən kağız parçası Parisin Qafqaz siyasətinin iflasının növbəti göstəricisidir. Fransanın isterikası Parisin Bakı qarşısında nə qədər aciz qaldığını, artıq sağlam və səbatlı qərar verə bilməyərək, hətta özünə zərər vurmağa başladığını nümayiş etdirir. Məsələn, faktdır ki, Fransanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistan və Gürcüstanla birgə dövriyyəsindən xeyli çoxdur. Bu mənada, Senatın təklif etdiyi sanksiya ilk növbədə elə Fransanın özünün maraqlarına zərbədir. Deməli, Senat Azərbaycanı yox, məhz Fransanın Cənubi Qafqazdakı ticari mənafelərini hədəfə almış olur. Digər tərəfdən, əgər iqtisadi əlaqələri ehtiva edən sanksiyalardan söhbət gedirsə, sirr deyil ki, Parisin Mərkəzi Asiyaya artan marağı, xüsusən Qazaxıstanın yalnız yerüstü nəqliyyatla daşına bilən uran ehtiyatlarının nəqli məsələsində Fransa üçün Azərbaycan açar ölkədir. Amma belə görünür ki, fransızlar bunu başa düşmək istəmir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində Qələbəmizdən sonra Fransa hökuməti beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası apararaq, bir çox beynəlxalq təşkilatlar vasitəsilə sanksiyaların qəbul edilməsinə cəhd göstərib. Lakin Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət, beynəlxalq təşkilatlarla qurulan düzgün münasibət sayəsində bütün mənfi tendensiyaların qarşısı alınıb. 

Onu da qeyd edək ki, Fransanın Azərbaycan qarşısında məğlubiyyətinin qisasını Xurşidbanu Natəvanın heykəlindən alacaq qədər cılızlaşıb. Fransa bu kimi addımlarla Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinə kölgə salmaqla özünün beynəlxalq hüquq düşməni olmasını bir daha ifşa edir. Baş verənləri şərh edən gürcü politoloq Simon Kopadze qeyd edir ki, Ermənistanın Azərbaycanla sülh prosesində tutduğu destruktiv mövqenin arxasında da Fransa dayanır: “Paris və İrəvan əlbir olub oyun qurub, amma onlar heç nə əldə edə bilməyəcəklər”. O bildirib ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli şəkildə cərəyan edən bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını təklif edib: “Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlib. Rəsmi Bakı həmişə şərait yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar. Bu, onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq. Ermənistan tərəfi hansısa irəliləyiş istəyirsə, bu zaman ən azı ilkin mərhələdə ekspertlər səviyyəsində Tiflisdə görüşlər keçirməyə razılıq verməlidir. Çünki Cənubi Qafqazda sülh istəyiriksə, burada olan 3 ölkə bunu etməlidir. Amma Ermənistanın atdığı addımlar onu dünyadan təcrid etdi, bütün iqtisadi layihələrdən uzaqlaşdırdı. Düşünürəm ki, Ermənistanın etdikləri onun xeyrinə olmadı. Ermənistan öz səhvlərinin qurbanı oldu. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib. Azərbaycan hər şeyi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində edib”. Gürcü politoloqa görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh olarsa, həyat inkişaf edəcək, iqtisadiyyat güclənəcək və region xalqları gözəl şəraitdə yaşayacaqlar: “Amma bu proses bir çox ölkələri narahat edir. Azərbaycan isə bütün ölkələrlə gözəl əlaqələr qurmağı bacarıb, dünyanın investisiya yatırdığı dövlətlərdən birinə çevrilib. Artıq demək olar ki, hər kəs Azərbaycanla yaxşı münasibətlər qurmağa çalışır. Bunu etmək istəməyənlər isə uduzacaq. Azərbaycan çox sürətlə inkişaf edir və bu inkişafı heç kim saxlaya bilməyəcək”. Onun sözlərinə görə, nəinki Azərbaycanın, dünyanın istənilən dövlətinin ərazi bütövlüyünün bərpa olunması, həmin ərazilərin yenidən qurulması müsbət haldır.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

22.11.2024 | 18:34
Lüksemburq parlamenti Azərbaycana qarşı qətnamə çıxardı - növbəti qərəz...

22.11.2024 | 18:20
Azərbaycanda məktəblərin yarısı hələ yüksəksürətli internetə qoşulmayıb...

22.11.2024 | 18:10
"Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik" – Yalçın Rəfiyev

22.11.2024 | 18:06
100-dən az şagirdə dərs keçən məktəblər hələ də böyük sayda mövcuddur...

22.11.2024 | 17:55
Ölkədə ilk dəfə tam marafon qaçış yarışı keçriləcək

22.11.2024 | 17:53
Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

22.11.2024 | 17:50
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

22.11.2024 | 17:40
ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi - "Qazprombank"...

22.11.2024 | 17:33
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO

22.11.2024 | 17:30
Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

22.11.2024 | 17:27
İranda Qaşqay türkləri güclə “lorlaşdırılır”...

22.11.2024 | 17:14
COP29 adətlərimizin və mədəniyyətimizin mühüm təbliğ arenasına çevrildi...

22.11.2024 | 17:06
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin dairəsi və səlahiyyət müddəti müəyyənləşdi

22.11.2024 | 17:00
Almaniyanın 3-cü Dünya Müharibəsi planı ortaya çıxdı - Rusiyaya qarşı 800 minlik NATO ordusu və 200 min hərbi texnika...

22.11.2024 | 16:48
COP29-da misilsiz maliyyə hədəfi - 100 milyarda qarşı 250 milyard təklif edildi...

22.11.2024 | 16:44
"Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb" - Prezident

22.11.2024 | 16:40
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanladı

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930