Qondarma "Qarabağ hökuməti" Parisdə fəaliyyət göstərəcək?....
Azərbaycan Qarabağda qondarma separatçı "hökuməti" məhv edəndən sonra Yerevana köçən separatçılar yeni şəraitdə heç bir çıxış yolu tapa bilmədilər. Yerevan hökuməti onların fəaliyyətinə imkan verilməyəcəyini bəyan etdi və "bu sayaq fəaliyyətlər Ermənistanın öz təhlükəsizliyinə təhdid yaradır" bəyanatını verdi.
Paşinyan özü isə dedi ki, mən onların öz müqəddəratlarını təyin etmələrinə yox, Ermənistanın güclənməsinə daha çox önəm verəcəm.Belə bir vaxtda millətçi- revanşçı dairələr qondarma Qarabağ "hökumətinin" Parisə köçürülməsini təklif ediblər. Bu təklifə hələlik Fransadan rəsmi bir reaksiya yoxdur. Ancaq əksər ciddi dairələr bunu gülüşlə qarşılayıblar. "Torpağı olmayan bir qurum nə edə bilər?!"
Sonda onu da deyək ki, Ermənistanın baş naziri Azərbaycan prezidentinin "sülh sazişinə Qarabağ erməniləri salınsa, Qərbi azərbaycanlılar da salınmalıdır " şərtinə hələlik reaksiya verməyib.
Namiq Quliyev