Məşhur müğənnidən ETİRAF: "qumar məni məhv etdi"
Türkiyəli müğənni Serdar Ortaç şəxsi həyatı barədə etiraflar edib. Həmkarı Alişanın TRT1-dəki proqramında qonaq olan S. Ortaç həmin verilişdə "Pulu qoymağa yer tapa bilmədim. Qumar məni məhv etdi" deyib. Qumar həvəsinə görə banklara 10 milyon lirə borcu olan və bir müddət əvvəl bu borclarını bağlayan sənətçi "35 il oynadım, heç vaxt qalib olmadım" deyib:
"Gələcək üçün heç bir plan qurmadım. Rəhmətlik atama dedim ki, pulu qoymağa yer tapa bilmirəm. O da mənə dedi ki, oğlum, sən onu banka yatır. O vaxt bütün banklarda pulum var idi. Bilmirdim ki, pul tükənəcək, ona görə də belə olur. Mən heç vaxt pula dəyər verməmişəm."
Mətləb