"Bu il bizdə iqtisadi artımda yavaşlama olacaq" -erməni nazir müavini
Ermənistan Mərkəzi Bankının sədr müavini Armen Nurbekyan bildirib ki, “2024-cü ildə bizdə iqtisadi artımda müəyyən yavaşlama olacaq, iqtisadi artımın 6% civarında olacağını gözləyirik”.
Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 12,6 faiz, 2023-cü ildə isə 8 faizə yaxın olub. İnflyasiyaya gəlincə, Armen Nurbekyan bildirib ki, inflyasiya prosesi bir neçə istiqamətdə inkişaf edəcək.
Mətləb