Ermənistan İctimai tv-nin girişinə "TRT- 1" plakatı asdılar -Katalikosu şoka düşürən tək bu deyil...
Ermənistanın ictimai televiziyası erməni katalikosu Qareginin xalqa yeni il müraciətini efirdə yaymaqdan imtina edib. Millətçi erməni təşkilatları şokdadı və onları daha da əzən budur ki, tv bu qərarına heç bir izah verməyib və sadəcə olaraq katalikosun çıxışı barədə axşam xəbərlərində reportaj verə biləcəklərini deyib. Katalikos buna razılaşmayıb. Xatırladaq ki, Ermənistanda itv yaranandan bu ilə kimi hər 31 dekabrda gecəyarısı katalikosun xalqa yeni il təbriki həm də dövlət başçısının çıxışından qabaq yayılırdı. Bu il ənənə pozuldu və katalikosa sağalmaz zərbə vuruldu.
Ən maraqlı cəhətlərdən biri də bu olub ki, millətçi tələbə təşkilatları Ermənistan itv- nin baş ofis binasına bu hadisədən sonra "Biabırçılıq" və "TRT- 1" yazılmış plakatlar asıblar.
Tahir Tağıyev