KÖHNƏ VERSİYA            

Məzələnmək-2- Yunus Oğuz yazır

Image

Ordan-burdan silsiləsindən

Birinci hissəni buradan oxuya bilərsiniz:

https://olaylar.az/news/medeniyyet/579984


Keçən dəfə "Məzələnmək" felyetonu  işıq üzü görəndən sonra mənə o qədər SMS gəldi ki, az qaldı başımı itirim. Özü də xahiş edirlər ki, bunu yazında hökmən verərsən. Ay canlarım, sizin içinizdə nələr varmış? Özü də elə məzələnirlər ki, sanki anadan məzhəkəci doğulublar. Düz də edirlər, bu qarışan fani dünyada nə etməlidirlər? Dünya qarışıb, milyardlar  toplayanlar düşüblər ortalığa, gah dünyanı virusla silkələyirlər, gah müharibələrlə, gah da susuzluqla qorxudurlar. Sən də məzələnməsən, ya cibindəki maaş kartı ilə insult alacaqsan, ya da infarkt. İndi də Tramp ortalığa çıxıb dünyanı çörəklə hədələyir. Amma, o İlon Mask nə dedi USAİD haqqında: "Gürzə yuvası". O məzələnmədi, amma həqiqəti məzə ilə dedi. Deyəsən, o da bizimkilərdəndir.

Bu karbon vergisini  çox vaxtında tətbiq ediblər, çünki Kanadada bunun  tətbiqini   insan üzərində çoxdan  işləyiblər. Nəfəs alırsansa, deməli karbon qazı buraxırsan, vergisini ver. Tramp da bu qərardan hirslənib Kanadanı əlli birinci ştata çevirmək istəyir. 

Bəs nə bilmişdiniz, indi heç nə havayı deyil, nəfəs alırsansa, başgicəlləndirən  zərərli  qazlar  ifraz  edirsənsə, vergisini ver. Bu səbəbdən, Ermənistanda hamı qaçır ora-bura, harada bunun vergisi yoxdur. Kanadanın yerinə olsaydım, cəviz (qoz) ağaclarına da vergi tətbiq edərdim, çünki o da  karbon qazını  havaya  buraxır. Özü də onun vergisini natura yolu ilə, yəni meyvəsilə tutardım. 

Bizdə yaxşı mənada, ildə iki dəfə ağacəkmə kampaniyası keçirilir, ölkə yaşıllaşır. Ancaq elə yerlər var ki, bu kampaniyadan para silirlər. Elə Tağıyev qəsəbəsinin qoşayol qırağında ildə altı-yeddi min şam ağacı əkirlər. İki aydan sonra əksəriyyəti quruyur. Bir ağıllı adam çıxıb demir ki, buranın torpağı şam üçün deyil, ya da bura su damcısı  tətbiq edin. Yoxsa ildə iki dəfə iki yüz adamı tökürsünüz yolun qırağına ki, bəs əkin. Əh...h...h...

Bakıdan səhər-səhər neft iyi gəlir, axşam kabab iyi, hər ikisindən karbon vergisi almaq lazımdır. Onsuz da ətin və yumurtanın, həm də neftin qiyməti qalxır. Nəyin qiyməti qalxmır ki? Keçən həftə otuz qəpiyə aldığım yumurta bu  həftə qırx beş qəpiyədir. Başa düşmürəm e, toyuq xoruzdan boşanıb deyə, alimentini bizdən alırlar.

Biz hər şeyə hər zad qoşanıq, özü də bunu ustalıqla edirik.

Azərbaycan yeganə ölkədir ki, həkimlər Hippokrat yerinə balasının canına and içir: "Balam ölsün!"

Azərbaycanda yeganə kişi qatıq satandır ki, hər səhər qapını döyüb sənin arvadını soruşur. Sən də "evdədir" deyib, gedirsən işə. İlk sözü belədir: "Bacı evdədi?"

Azərbaycana gələn almaniyalı şok keçirib. O, iyirmi il əvvəl metallaloma verdiyi maşını Bakıda küçədə sürülən vəziyyətdə görüb. Bu maşın Bakıya necə gəlib sualı, başqa mövzudur, bizdən inciyən olar.

Məsciddə tacik ilə azərbaycanlı dua edərkən yerlimiz tacikin Allahdan 1000 dollar istədiyini eşidir. O insanlıq naminə çıxardıb tacikə 500 verir. Tacik yenə Tanrıya dua edib deyir: "Gözəl Allah, bir də pulu azərbaycanlı ilə göndərmə, o yarısını özünə saxlayır".

Koreyada oğru tutan robot düzəldirlər. O, İtaliyada hər iyirmi dəqiqəyə 300, Polşada 250, Amerikada 150 oğru tutur. Azərbaycanda iyirmi dəqiqəyə robotun özünü oğurladılar.

Biri o birisinə deyir: "Şeytanın hünəri var, məni o dünyada müdafiə etməsin. Bu dünyada nə deyibsə eləmişəm".

Bütün bunlar havaya atılan sözlər deyil. Bizimkilər heç kimin xəbəri olmadan gözdən tük çəkir, yumurtadan yun qırxır, dovşanı araba ilə tuturlar. Sonra da arabanı müsadirə edirlər ki, bəs sən dovşanı niyə tutdun? Sən demə, dovşan ev dovşanı imiş. 

Bir məmur birisinin işini həll etməyəndə deyir ki, heç eybi yoxdur: "Dəvədən böyük fil var", yəni gedəcəm yuxarılara şikayət edəcəm. Doğrudan, a, bizdə fil olmaya-olmaya ən məşhur sözlərimiz "fil"lə bağlıdır.

1. Konsertə getdiyimiz yer - Filarmoniya.

2. İsrafilin suru, ya da o kinodakı film kimi "İsrafil, qonaqlar gəlib".

3. Ağıllı insan - filosof

4. Yaşıl insan - xlorofil

5. Çiçək növü - qərənfil

6. Dilçiyə - filoloq

7. Gicbəsərə - filfilo deyirlər.

8. Fillərin ən çox yaşadığı ölkə - Filippin

9. Ağlı olmayan - səfil

10. Sosial şəbəkələrdə - profil.

Deyəsən fillər də bizimlə məzələnirlər.

O gün polis maşını saxlayıb, məni görən kimi salam verdi,  kitab istədi. Bir kitab verdim. Kitabı o üz, bu üzə çevirib soruşdu: "Müəllim, təzədir?" Dedim ki, rəhmətliyin oğlu, kitab sənin üçün indi kəsilən quzu ətidir, yoxsa balıq? Kitabı oxumamısansa, deməli təzədir. 

Ən çox məzələnmək ailə məsələsində olur.

Korona dönəmində bir nəfərə SMS gəlir ki, arvadınız işlədiyinə görə sizə 190 manat düşmür. Bu da qüsurlu olduğu üçün evlənməyib. İndi də əl çəkmir ki, 190 manat istəmirəm, arvadımı verin.

Sonra da arvad ərindən soruşur:

-Biz evlənəndən sonra heç depressiyaya düşmüsən?

Kişi cavab verir:

-Yox, elə o vaxtdan düşdüyümdür, hələ də davam edir.

Daha sonra isə qadın deyir:

-Əzizim, sabah evliliyimizin ildönümüdür. Bəlkə bir qoç kəsək.

Kişi deyir:

-Qoçun günahı nə, bizi korona tanış edib, gəl onu kəsək.

Bu da son. Arvad ərindən ayrılmaq üçün məhkəməyə müraciət edir. Hakim soruşur:

-Ərinizdən ayrılmağa səbəb nədir?

-Dini baxışlarımız uyğun gəlmir.

-Nə mənada?

-O, mənim mələk olmağımla razılaşmır.

İndi şeytan hamı ilə məzələnir və göstəriş verir ki, siz də bir-birinizlə məzələnin, yoxsa həyat maraqsız olar. Hamınız ölüb getsəniz, mənim işim bitmiş olar, bu da mənə ölümdən betərdir.

Di salamat qalın, duzunuz, məzəniz bitməsin!

05.02.25








VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

07.02.2025 | 12:30
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO

07.02.2025 | 11:20
Kəskin hava şəraitinə görə gəmilərə xəbərdarlıq edildi - SON DƏQİQƏ

07.02.2025 | 11:10
Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

07.02.2025 | 11:05
Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

07.02.2025 | 11:04
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər məhkəmə qarşısında

07.02.2025 | 11:03
Zaxarova peşman olub, bütün gizlinlər açılır - CANLI

07.02.2025 | 11:00
Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

07.02.2025 | 10:30
Paşinyan Trampın müavini ilə görüşdü

07.02.2025 | 10:20
Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

07.02.2025 | 10:16
Güzəştli ipoteka ilə ev almaq istəyənlər, bu xəbəri mütləq oxuyun!

07.02.2025 | 10:15
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı geri qaytarıldı

07.02.2025 | 10:10
Ordubadın bütün kəndlərində bu gün qaz olmayacaq

07.02.2025 | 10:05
AFFA yumruq davasına görə araşdırmalara başladı

07.02.2025 | 10:00
Rusiyada baş verən yanğında 4 nəfər ölüb

07.02.2025 | 09:49
ABŞ-da təyyarə radarlardan itib

07.02.2025 | 09:22
Azərbaycan Rusiyaya kərə satışını 4 dəfə artırıb - özümüzü təmin edib qurtardıq?

07.02.2025 | 09:20
Naxçıvanda güzəştli mənzil tikintisinə start veriləcək

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728