KÖHNƏ VERSİYA            

“Sular durulduqca əsl siması ifşa olunan USAID batır” - Vüqar Rəhimzadə

Image

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub”

Bu fakt inkaredilməzdir ki, bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsasa söykənməyən, məqsədli təbliğatlarn aparırlar. Əsas məqsədlərdən biri hədəfə aldıqları dövlətlərdə qarşıdurma yaratmaqdır. 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) belələri arasında, necə deyərlər, ən öndə gedənlərdən biridir. İndiyədək ABŞ hökumətinin öz məqsədlərini həyata keçirməkdə USAID-dən istifadə etməsi beynəlxalq səviyyədə təsdiqlənən məqamlardandır. USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımlarının yarısından çoxu bu agentlik tərəfindən ödənilir. Bu təşkilatın ölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək gücündə olmamasıdır. Təbii ki, Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyimiz yalnız dövlət atributları ilə deyil, həyata keçirilən real siyasətlə ölçülür. Azərbaycan  böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir. Buna əmin olmaq üçün təkcə son dörd ildə USAID-in ölkəmizlə bağlı planlarına diqqət yetirmək kifayətdir. 

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, 2023-cü ilin  sentyabrında   bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bəzi dünya gücləri tərəfindən böyük qısqanclıqla qarşılandı. Həmin güclər sözdə bu Zəfərə, həmçinin onun reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına dəstək olduqlarını bildirsələr də əməllərində tamamilə fərqli bir mənzərənin şahidinə çevrildik. USAID-in İkinci Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyətində Zəfərimizin qazanılmasına, lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri bəllidir. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına səylər göstərməyən Bayden hakimiyyəti bu kimi təşkilatlarının vasitəsilə Qarabağı könüllü tərk etmiş bir-iki erməninin guya etnik təmizləməyə məruz qaldığını iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərdi. Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasında çirkin məqsədlər dayanır. 

Bu günlərdə ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var. İlon Mask USAID-i cinayətkar təkilat adlandırır. Təşkilatın cinayətkar əməllərinin ABŞ-da belə etiraf olunması özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. USAID-in bir sıra ölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili bu təşkilatın fəaliyyətinə işıq salan bəzi məqamlara nəzər yetirib. Bildirib ki, 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAID-ə keçib və indiyədək bu praktika davam edir. USAID hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar pul xərcləyir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda   destruktiv fəaliyyəti hər kəsə məlumdur. Bu faktlar belə bir  təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu məsləyə xüsusi diqqət yönlədərək bildirdi ki, ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir. “Bu, Azərbaycanın milli maraqlarına uyğundurmu” sualına cavabında isə “Bəli” deyən Prezidint İlham Əliyev bu vacib məqamı da vurğuladı ki, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır: “Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.

Vüqar Rəhimzadə həmin müsahibədə dövlətimizin başçısı İlham Əliyevin bu çağırışını da xatırladıb: “Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?” Təbii ki, bu kimi faktlar Qərbin və onun tabeliyində olan təşkilatların, institutların fəaliyyətinin, həmçinin yardımlarının şəffaf olmadığını,  məqsədli planlara xidmət etdiyini açıqlayır. USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri  müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirməkdir. Burada hansı məqsədin güdüldüyü bəllidir. Qərb öz çirkin niyyətlərini təsir dairəsində saxaladığı təşkilatları bu və ya digər dövlətlərin daxili işlərinə sirayət etdirməklə çızdığı planları həyata keçirməyə çalışır. Bu cəhdləri Azərbaycan kimi müstəqil, maliyyələşmədə, fəaliyyətdə şəffaflığa xüsusi önəm verən bir ölkədə reallaşdırmaq mümkün deyil. Azərbaycan təhlükəsiz, sabit ölkə kimi nüfuz qazanır. Təbii ki, bu uğurların əsasında dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ölkəmizdə  siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır. Şübhəsiz, maliyyədə şəffaflıq əsas prinsiplərdəndir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, yeni “Siyasi partiyalar haqqında” Qanuna əsasən siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Azərbaycanın daxili işinə müdaxilədən irəli gələn hər bir addımın qarşısı qətiyyətlə alınır. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın daim USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşməsi faktdır. Bu təzyiqlər heç zaman Azərbaycanın müstəqil xarici siyasətinə təsir etmək imkanında deyil.

Millət vəkili onu da qeyd edib ki, Tramp administrasiyası USAID-in layihələrini dayandırıb.  USAID-in “X” hesabı dünəndən bağlanıb.  Eyni zamanda, Soros xətti ilə maliyyə də dayandırılıb. USAID-də audit keçiriləcək. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Belə bir təşkilatın fəaliyyətinə ehtiyac yoxdur. Sular durulduqca USAID-in tarixə qovuşması qaçılmaz olur.







VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728