KÖHNƏ VERSİYA            

Tramp USAİD-i çökdürür

Image

Mətləb Salahov: “Daima Azərbaycan əleyhinə qatı düşmənçilik sərgiləyən bu təşkilat, artıq ABŞ-ın öz maraqları üçün də ciddi təhlükəyə çevrilib”

USAİD-i daha çox keçmiş sovet ərazilərində və Yaxın Şərqdə yaxşı “tanıyırlar”. Ölkələrin daxilində təxribatlar törətməkdə və cəsus şəbəkəsi formalaşdırmaqda, Qərb siyasi kursuna “yox” deyən hakimiyyət və qüvvələrin sıradan çıxarılmasında, iğtişaşlar yaradılmasında və informasiya təxribatlarında adı daima hallanan USAİD, artıq ABŞ-ın özü üçün də ciddi təhlükəyə çevrilib. Ağ Ev-ə yenicə qədəm qoyan Donald Tramp və onun komandası artıq bu xoşagəlməz təşkilatın fəaliyyətini dayandırmaq üçün əməllicə işə başlayıblar.
 ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər: “USAID bərpa oluna bilməz”.
  Məlum olduğu kimi, ötən həftə administrasiya ABŞ-nin xarici yardımlarını dondurub. Mask USAID agentliyini Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada iddia edilir ki, koronavirus məhz bu laboratoriyadan yayılıb. İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib. Bildirilib ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır.
 Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bildirib ki, son bir neçə il ərzində USAİD artıq idarəolunmaz həddə çatmışdı. M.Salahov qeyd edib ki, yüzdən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollardan çox büdcəyə malikdir ki, bu da onun fəaliyyət mexanizminin ABŞ-ın çərçivəsindən çıxaraq idarəolunmaz şəkil almasına rəvac verir.
 “Bu təşkilat barədə danışarkən ilk növbədə ölkəmiz Azərbaycana olan münasibətini önə çıxarmalıyıq. Qatı ermənipərəst Samanta Pauerin başçılıq etdiyi USAİD daima Azərbaycan əleyhinə olan bütün proseslərdə “bayraqdar” rolu oynayıb. Əlbəttdə informasiya, güclü maliyyə və siyasi dəstək tapmaqda. Azərbaycan əleyhinə olan ən kiçicik təxribat xarakterli  məlumatı dərhal şişirdib öz maraqlarına uyğun dövriyyəyə buraxan bu təşkilat ölkəmizə qarşı amansız mənfilikləri ilə seçilirdi.
  USAID başqa ölkələrin daxilini qarışdırmaq məsələsində “mahir ustadır”. Bu təşkilat analoji fəaliyyətini illər öncə Azərbaycanda da həyata keçirməyə çalışıb, lakin cəhdləri baş tutmayıb. Belə ki, təşkilat müxtəlif qrant və ianələr hesabına Azərbaycanda öz planlarını reallaşdırmağa cəhd göstərib. USAİD-in ən böyük qərəzi və riyakarlığı ondadır ki, onun rəhbərləri Bakıda səfərdə olarkən Ermənistandan - tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. Qurum onlara heç bir yardım etməyib. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə bircə sətir də olsun məlumat yaymayan bu təşkilat, bunun əksinə olaraq daima rəsmi Bakı əleyhinə olmazın hədyanlar yağdırıb. Bunlar hər kəsin gözü qarşısında olan real həqiqətlərdir. 


“USAİD 1992-ci ildən bəri Ermənistana 3,3 milyard dollar sərmayə yatırıb”

Bu təşkilatın ikili siyasətini göstərən daha bir fakta müaricət edək. 1991-ci ildən USAlD "Azərbaycana dəstək" proqramlarına 450 milyon dollardan çox vəsait sərf etsə də, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda 22 layihə üzrə İrəvana dəstək davam edir. Bu rəqəmlər birbaşa USAİD-in əsl mahiyyətini ortaya qoyur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə USAİD barədə rəsmi Bakının mövqeyini ifadə edib. “Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”. Bəli, bir sıra Qərb qurumları Azərbaycanın daxilində olmazın təxribat şəbəkəsi formalaşdırmaq üçün “can yandırıblar”. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra USAID, Milli Demokratiya İnstitutu, “Fridrix Nauman”, “Marşall”, IREX və digər bu kimi qurumlar ölkəmizdə fəaliyyət göstəriblər. Onlar aldıqları təlimatlar əsasında ölkədə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. USAID  bu məsələlərdə daima ön yerdə qərarlaşıb. İndi görünür ki, bu təşkilat həm də qlobal dərəcədə cinayət və təxribat oyunlarında da “fəallıq” göstərib. Onun Çin laboratoriyalarında hazırlanan virus epidemiyaları barədə ittiham olunması daha dəhşətli mətləblərdən xəbər verir. Görünür D.Tramp bu təşkilatın fəaliyyətini dayandırmağı çox əvvəl düşünübmüş.”

Namiq Quliyev 

 

 








VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728