Mil-Muğan Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olundu

Nadir Tahir oğlu Quliyev Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub. Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Xatırladaq ki, N.Quliyev bundan öncə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.
Mətləb