"Təyyarə qəzası ilə bağlı ilkin nəticələr tezliklə açıqlanacaq" - qazaxıstanlı nazir

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev keçirdiyi brifinqdə bəyan edib ki, Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq. Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələdədir.
"Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də demişdik ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.", - o qeyd edib.
Mətləb Salahov