Zığda 87 yaşlı kişi yol qəzasında ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb. 996-cı il təvəllüdlü Şəhla Rəfail qızı Qulamova idarə etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Nadir İmaməli oğlu Kərimovu vurub.
Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb. Fakta bağlı cinayət işi başlanılıb.
Mətləb