KÖHNƏ VERSİYA            

Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

Image

Brüssel və Avropada ABŞ prezidenti Donald Trampa qarşı koalisiya yaratmış  siyasətçilər, nəhayət, Rusiyadan təbii qazın, o cümlədən mayeləşdirilmiş qazın idxalını birdəfəlik aradan qaldırmağa çalışır. Elə Donald Trampın komandası da Avropanı Rusiya qazından təcrid etməyi planlaşdırır. Amma hələlik Almaniya, Macarıstan və Slovakiya Rusiya Federasiyasından qaz almağı davam etdirməyə çalışır.

İndiki halda Ukraynanın Rusiya qazının tranzitini dayandırması səbəbindən gələn il Avropa mayeləşdirilmiş təbii qazın alışını demək olar ki, 16% artırmalı olacaq. Bu fonda Avropa ölkələri Rusiyadan tədarük edilən qaza qarşı yeni sanksiyalarla bağlı ortaq məxrəcə gələ bilməyib. Davosda keçirilən Dünya İqtisadi Forumunda İqtisadi Məsələlər üzrə Avropa Komissarı Valdis Dombrovskis bildirib: “Təbii qazla bağlı yekdillik olmadığı üçün sanksiyalarla bağlı razılığa gələ bilmədik. Amma biz idxalı əhəmiyyətli dərəcədə azaltmışıq, o cümlədən “Şimal axını” partlayışlarına görə. Eyni zamanda, biz maye qaz idxalının yalnız artdığını görürük”. Bu arada Macarıstan, Slovakiya, eləcə də Almaniyadakı bəzi siyasətçilər Rusiya qazının Kiyevin nəzarətində olan hissəsindən Avropaya tranzitinin bərpasını və hətta “Şimal axını”nın partlamamış xətti ilə Rusiya qazının nəqlinə başlanılmasını tələb edirlər. Eyni zamanda, Rusiya qazının Avropaya tədarükünün dayandırılmasının Vaşinqton və Brüsselin qərarı deyil, Kiyevin müstəqil təşəbbüsü olduğunu iddia edirlər. Bu arada Donald Tramp fəxr edir ki, “Şimal axını 2”nin tikintisinə mane olan məhz odur:  “Bildiyiniz kimi, mən onu məhv etdim. Rusiyanın ən mühüm vəzifəsi “Şimal axını 2”nin tikintisi idi. Bu, Rusiyadan Almaniyaya gedən dünyanın ən böyük qaz kəməridir”. “Şimal axını” və “Şimal axını 2” 2022-ci ilin sentyabrında partladılıb. Düzdür, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Davosdakı iqtisadi forumda  bildirib ki, məhz Moskva Avropaya qaz nəqlini dayandırıb. Belə bir vaxtda Tramp Amerikanın enerji resurslarının - qaz, neft və neft məhsullarının alışını artırmasa, Avropanı birbaşa gömrük tariflərinin artırılması ilə hədələyir: “Onların tez edə biləcəyi yeganə şey neftimizi və qazımızı almaqdır. Əks halda biz bunu tariflərlə düzəldəcəyik”. Düzdür, amerikalılar hələ avropalıları lazımi həcmdə rəqabətqabiliyyətli təbii qaz təchizatı ilə təmin edə bilmirlər. Amerika mətbuatı etiraf edir ki, Avropa İttifaqı ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalını artıra bilmir və Rusiyadan rekord həcmdə daha ucuz maye qaz almağa davam edir.

Ötən il Avropa şirkətləri Rusiyadan rekord həcmdə maye qaz idxal edib. “Kpler” analitik şirkətinin məlumatına görə, bu ilin ilk 15 günündə 27 Avropa ölkəsi Rusiyadan 837,3 min ton maye qaz idxal edib ki, bu da ötən ilin eyni dövründəki 760,1 min ton ilə müqayisədə rekord göstəricidir. Avropalılar Kiyevin Avropaya qaz tranzitini bərpa etməkdən imtina etməsi ilə barışmağa hazır deyillər, lakin nə Brüssel, nə də Vaşinqton belə əməliyyatlara icazə vermir. Beynəlxalq Enerji Agentliyinin yeni hesabatında deyilir ki, Kiyevin Avropaya qaz tranzitini blokadasına görə avropalılar maye qaz idxalını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar: “Əvvəlki tranzit razılaşmasının müddəti başa çatdıqdan sonra Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri ilə Avropaya tranzitinin bərpa olunmayacağı ehtimalına əsaslanaraq, Avropa bazarını tarazlaşdırmaq üçün təxminən 16% və ya 21 milyard kubmetr maye qaz qəbul etməli olacaq”. Bu şəraitdə digər mənbələrdən, o cümlədən Azərbaycandan da qaz idxalına xüsusi diqqət olunur. Xatırladaq ki, Avropa Komissiyası 2022-ci ildə Azərbaycana müraciət edərək Rusiya qazının azalmasını kompensasiya etmək məqsədilə qaz tədarükünün artırılmasını xahiş etmişdi. Azərbaycan bu çağırışa operativ cavab verərək Avropa İttifaqı ilə memorandum imzaladı. Bu memorandum ölkəmizin Avropa bazarına qaz tədarükünü ikiqat artırmaq məqsədilə əhəmiyyətli imkanlar yaratdı. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 12 ölkəni, o cümlədən Avropa İttifaqına üzv 10 ölkəni enerji ilə təmin edir. Azərbaycan qazının Avropa ölkələrinin enerji balansına əhəmiyyətli töhfəsi olub. Belə ki, İtaliya daxili tələbatının 10%-ni, Bolqarıstan 33%-ni, Yunanıstan 25%-ni, Macarıstan və Rumıniya isə hər biri təxminən 20%-ni məhz Azərbaycan qazı ilə təmin ediblər. Bu rəqəmlər Azərbaycanın Avropanın enerji arxitekturasında oynadığı mühüm rolu vurğulayır və xüsusilə, qlobal enerji böhranları dövründə belə, sabit tədarükü təmin etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da uzunmüddətli sabit tədarük perspektivlərini təmin edir. Bu ehtiyatlar ölkənin regionun enerji gələcəyini formalaşdıran irimiqyaslı layihələrdə mühüm rolunu təsdiqləyir. Onu da qeyd edək ki, Azərbaycan qaz hasilatını artırmaqla qlobal enerji bazarında öz rolunu daha da gücləndirmək niyyətindədir. Azərbaycanın qaz tədarük coğrafiyasının genişlənməsi Serbiya, Xorvatiya və Şimali Makedoniya kimi yeni bazarları əhatə edərək, ölkənin bazar şaxələndirilməsi strategiyasını və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək istiqamətində səylərini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın regional enerji oyunçusundan qlobal enerji liderinə çevrilməsinə kömək edir.

Ramil QULİYEV







VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728