İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

ABŞ-ın Ermənistanın sərhəd imkanlarının möhkəmləndirilməsinə dəstəyi Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılmasına kömək edəcək.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan “Azadlıq Radiosu”nun erməni xidmətinə açıqlamasında bildirib.
“Bu, həmişə üçüncü ölkə tərəfindən edilib, nəhayət, bunu biz etməliyik. İdeal dünyada hər bir ölkə öz sərhədlərinə özü nəzarət etməlidir”, - deyə Ovannisyan bildirib.
ZÜMRÜD