Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

Hesablama Palatası Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyində dövlәt vәsaitlәrinin vә әmlakının idarә olunmasına dair audit keçirib.
Palatadan bildirilib ki, publik hüquqi şәxs tәşkilati hüquqi formasında yaradılaraq 11.02.2022-ci il tarixindәn dövlәt qeydiyyatına, 01.03.2022-ci il tarixindә isә ӘDV qeydiyyatına alınması şәraitindә 2022-ci ildә 5,8 mln. manat mәblәğindә vәsaitin dövlәt büdcәsindәn “ehtiyat vәsait” adı ilә ayrılmaqla fәaliyyәt ehtiyaclarına sәrf olunmasına baxmayaraq dövlәt sifarişi ilә tәyinatlı tәdbirlәrin hәyata keçirilmәsi üçün mәqsәdli vәsaitlәrin ödәnilmәsinә dair hәmin sifarişin şәrtlәrini tәnzimlәyәn müvafiq müqavilәnin bağlanılması tәmin edilib.
Dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45000 min manat, 2023-cü ildә 127516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilmiş, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44516,3 min manata bәrabәr olub.
Saxlanılan әrzaqlıq buğdanın sonrakı dövrlәrdә qalıq hәcminin ölçülmәsi üçün innovativ üsulların mәnimsәnilmәsi vә tәtbiq olunması istiqamәtindә zәruri işlәrin aparılmaması istәr daxili nәzarәt qaydasında monitorinqlәrin, istәrsә dә cari auditin gedişatında sәyyar baxış tәdbirlәrinin hәyata keçirilmәsi zamanı siloların konstruksiyasının mürәkkәbliyi vә әrzaqlıq buğdanın çәkiyә tәsir edәn dәyişkәn xüsusiyyәtlәrinin mövcudluğu şәraitindә qalığın faktiki hәcminin müәyyәnlәşdirilmәsi üçün istifadә olunan meyarlarla (qeyri-tәrәzi çәkisi ölçü üsulları ilә) aşkarlanan әskikgәlmә vә ya artıqgәlmә hallarının, habelә dövri (illik) inventarizasiya prosedurlarının tәxmini olmasını vә nәticә etibarı ilә idarәetmәnin tam etibarlı göstәricilәrә söykәnmәmәsi kimi fәsadları sәciyyәlәndirmiş, maliyyә (mühasibat) uçotu üzrә ehtiyatların hesabatlılığında tәhrifetmә risklәrini şәrtlәndirib.
Müvafiq ehtiyatların yaradılması üçün әvәzsiz әsaslarla әldә edilmiş dövlәt vәsaitlәrinin müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilmәsindәn әldә olunmuş ümumilikdә 1550,7 min manat faiz gәlirlәrinin vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәlәblәrinә әmәl edilmәyәrәk mәnfәәt vergisinin bәyannamәsindә müvafiq qaydada әks etdirilmәsi tәmin edilmәmiş, dövlәt büdcәsinә hesablanmalı vә ödәnilmәli olan mәnfәәt vergisinin mәblәği bәyannamәlәrdә azaldılıb.
NAMİQ