Tovuzda ustanı elektrik cərəyanı vurub

Tovuzda bədbəxt hadisə baş verib. Hadisə bu gün səhər saatlarında Tovuzun dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Elektrik dirəyinə çıxan ustanı cərəyan vurub. Hündürlükdən yerə yıxılaraq ağır xəsarət alan usta, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mətləb