KÖHNƏ VERSİYA            

Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

Image

Avropa ölkələri bir çox daxili çətinliklərlə üzləşsə də, indi onların əsas diqqəti Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə yürüdəcəyi siyasətdir. Trampın ilk müddəti Avropa üçün asan olmayıb. Çoxları onun yeni dövrünün daha pis ola biləcəyindən qorxur. Özü də bunlar  Avropa ölkələrinin indi çoxsaylı daxili çətinliklərlə üzləşdiyi bir dönəmdə baş verir.

Hazırda Fransa və Almaniya siyasi, iqtisadi problemlər içərisindədir, Avropa ittifaqı   bütövlükdə rəqabət qabiliyyətinə görə Çin və ABŞ-dan geri qalır, Böyük Britaniyada dövlət xidmətləri acınacaqlı vəziyyətdədir. Tramp isə əmindir ki, Avropa illərdir Amerikanın gücündən öz xeyrinə istifadə edir və dayanmağın vaxtı çatıb. Tramp  Çin və Rusiya kimi strateji təhlükələr hesab etdiyi ölkələrə qəzəblənməkdənsə, Avropa və Kanadadakı müttəfiqlərini açıq şəkildə tənqid etməyi seçib. Bu da Avropanı daha böyük qorxuya salıb. Təsadüfi deyil ki, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə Avropa ölkələrində, xüsusilə də Emmanuel Makron hökumətində narahatlıqlar dərhal özünü büruzə verib. Bu qayıdış qlobal geosiyasi tarazlığa, çoxtərəfliliyə və qlobal çağırışlarla mübarizəyə təhlükə kimi qiymətləndirilir. Fransa Avropa prioritetlərinə daha çox uyğun gələn Bayden administrasiyası ilə əməkdaşlıq etməyə vərdiş etsə də, Amerikanın bu dönüşü liderləri qeyri-müəyyənlik dövrünə sürükləyib. Baş nazir Fransua Bayru başda olmaqla siyasətçilər həyəcan təbili çalmaqda geciksələr də, Fransa belə demək olarsa, siyasi köpüyün içində batıb. Fransanın nüfuzu, səsi sözsüz ki, əvvəlki kimi deyil. Makron Ağ Evdə Trampın andiçmə mərasimi zamanı ölkəsində Silahlı Qüvvələrə “Yeni il” təbrik çıxışında artıq müdafiə proqramı tətbiq etməyin vaxtı çatdığını deyib. Makron çxışında pərdəarxası məqsədlərini xüsusilə də, pensiya islahatlarını saxlamaq üçün fəallığını davam etdirib. O, Yeni ildə xalqa müraciətində qeyd etdiyi kimi yenidən referendumla məsələni həll etmək imkanını düşünür. Baş nazir Fransua Bayru isə qeyd edir: “Birləşmiş Ştatlar inanılmaz dərəcədə güclü siyasət yürütmək qərarına gəlib. Heç nə etməsək, taleyimiz çox asan sıxışdırılacaq, əziləcək, marginallaşacaqdır. Bu, bizim, fransızların və avropalıların qəbul etməli olduğu bir qərardır". O bildirib ki, vəziyyətlə bağlı Fransanın verəcəyi cavab məlumdur - birlik və stabillik.

Fransa siyasi həyatının 2024-cü il iyun ayında dağılmasından sonra ölkənin son onilliklərin ən təlatümlü vaxtını yaşadığı vaxtda o, daxili və xarici həssaslığa və birlikdə işləməyə çağırıb. Fransanın sabiq prezidenti, Milli Assambleyanın deputatı Fransua Olland, eləcə də bir çox siyasətçilər Avropanı ABŞ-la güc balansı yaratmağa çağırıblar. Fransa ABŞ-ın siyasət seçimlərinin gətirdiyi qeyri-stabilliyə qarşı Almaniya və digər Aİ üzvləri ilə ittifaqlarını gücləndirməyə çalışır. Eyni zamanda, Paris diplomatik güzəştlərə baxmayaraq, Çin və Hindistan kimi güclərlə daha sıx tərəfdaşlığı təşviq edir. Amma istənilən halda Donald Trampın 2025-ci ildə hakimiyyətə gəlməsi Emmanuel Makron və hökuməti tərəfindən qeyri-sabitlik və transatlantik münasibətlərin zəifləməsi siqnalı kimi qəbul edilib. Bu fonda  Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı “oyanmağa” və Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb: “Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?”. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi “sabah və ya ertəsi gün” bitməyəcək: “Gəlin özümüzü aldatmayaq”.

Fransa prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb: “Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz”. Amma seçkilərdə parlamentdəki çoxluğu əldən verməsindən sonra yaranan siyasi böhran Makronun ölkə daxilindəki mövqeyini zəiflədib. Onun qatı tənqidçisi və mümkün xələfi Marin Le Pensə məhz Trampın ölçülərinə uyğun gələn siyasətçidir. Parisdəki Siyasi Elmlər İnstitutunun müəllimi Olivye Kosta qeyd edir: “Tramp Bayden tərəfindən məğlub edilməsinə sevinən hər kəsə qarşı çox qəzəblidir. Düşünürəm ki, o, onların hamısına bunun əvəzini ödətmək istəyir. Fon der Lyayen, Şolts, Makron və bütün digərlərinə. Bir az filmlərdəki kimi, “Tramp 2 qayıdıb”. İndi  Makron vəziyyəti öz lehinə dəyişməyə çalışsa da, ABŞ lideri tərəfindən rədd edilir. Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu da ölkəsi üçün vəziyyətin yaxşı olmadığını vurğulayır: “Avropa paytaxtları üçün, açıq desək, bu, ciddi zərbədir, çünki onilliklər ərzində, o cümlədən “Soyuq Müharibə”nin başlanğıcında, 1960-cı illərdə Amerika nüvə çətiri altında oturmaq hər zaman şirnikləndirici olub”. O, həmçinin Avropanın ABŞ-la ticarət əlaqələri naminə öz muxtariyyətini qurban verərək Amerika silahlarının alışını artırmasından ehtiyat etdiyini bildirib. Fransa parlamentinin üzvü Kristof Blanşe isə vurğulayır ki, Donald Trampın hakimiyyətə gəlişi Avropa İttifaqı üçün enerji sektoru, xüsusən də qiymətlərlə bağlı problemlərlə doludur: “Prezident Trampın seçilməsi qlobal enerji geosiyasətinin konfiqurasiyasını dəyişə bilər: o, ABŞ-ın nüvə sənayesini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, mayeləşdirilmiş təbii qazın ixrac imkanlarını artırmaq istədiyini açıqlayıb. Ağ Ev bu yaxınlarda ABŞ-ın nüvə potensialını 2050-ci ilə qədər üç dəfə artırmaq planını açıqladı. Bundan əlavə, Donald Tramp seçki kampaniyası zamanı Fransanın nüvə sektoruna qarşı sanksiyalar tətbiq etmək üçün eksterritorial tədbirləri açıqlayıb”.

Tahir TAĞIYEV







VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

07.02.2025 | 12:30
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO

07.02.2025 | 11:20
Kəskin hava şəraitinə görə gəmilərə xəbərdarlıq edildi - SON DƏQİQƏ

07.02.2025 | 11:10
Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

07.02.2025 | 11:05
Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

07.02.2025 | 11:04
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər məhkəmə qarşısında

07.02.2025 | 11:03
Zaxarova peşman olub, bütün gizlinlər açılır - CANLI

07.02.2025 | 11:00
Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

07.02.2025 | 10:30
Paşinyan Trampın müavini ilə görüşdü

07.02.2025 | 10:20
Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

07.02.2025 | 10:16
Güzəştli ipoteka ilə ev almaq istəyənlər, bu xəbəri mütləq oxuyun!

07.02.2025 | 10:15
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı geri qaytarıldı

07.02.2025 | 10:10
Ordubadın bütün kəndlərində bu gün qaz olmayacaq

07.02.2025 | 10:05
AFFA yumruq davasına görə araşdırmalara başladı

07.02.2025 | 10:00
Rusiyada baş verən yanğında 4 nəfər ölüb

07.02.2025 | 09:49
ABŞ-da təyyarə radarlardan itib

07.02.2025 | 09:22
Azərbaycan Rusiyaya kərə satışını 4 dəfə artırıb - özümüzü təmin edib qurtardıq?

07.02.2025 | 09:20
Naxçıvanda güzəştli mənzil tikintisinə start veriləcək

07.02.2025 | 09:15
Narkotikin təsiri altında avtomobil sürənlər həb olundu

07.02.2025 | 09:05
Güləşçilərimiz Zaqrebdə daha iki medal qazanıblar

07.02.2025 | 09:00
Ərdoğan Aərbaycan səfiri ilə görüşdü, "Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” dedi...

07.02.2025 | 08:55
Bu gecə Xəzərdə zəlzələ olub

07.02.2025 | 08:37
Azərbaycanlı qanunsuz miqrantlar ABŞ-dakı məşhur Quantanamo həbsxanasına köçürülə bilər...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728