Fransa Trampa rəsmən müharibə elan etdi - “...əziləcəyik"

Dünyanın fövqəldövləti olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti Donald Tramp and içir. Baydendən sonra vəzifə başına keçəcək Trampın bəyanatları isə Avropada narahatlıq yaradıb. ABŞ prezidenti Baydenin Ukrayna müharibəsinə görə milyardlarla dollar yardım etdiyi Avropa Trampa qarşı indidən “müharibə” elan edib.
Fransanın baş naziri Fransua Bayrou xəbərdarlıq edib ki, Fransa və Avropa ABŞ-ın yeni prezidenti Tramp və onun siyasətinə qarşı dik durmalıdır.
Bayrou ABŞ-ın dollar və sənaye siyasəti ilə bütün dünyada investisiyalara nəzarət edərək son dərəcə təzyiqçi siyasət həyata keçirməyə qərar verdiyini iddia edib: "Heç bir şey etməsək, gələcəkdə ...əziləcəyik".
Buna necə reaksiya veriləcəyinin Fransa və Avropa xalqlarına bağlı olduğunu deyən Bayrou bildirib ki, Avropasız heç bir şey edə bilmərik.
TAHİR