İsrailin maliyyə naziri Netanyahunu təhdid etdi – müharibə təkrar başlamasa hökuməti devirəcəyik…

İsrailin Ordu Radiosuna danışan maliyyə naziri Bezalel Smotriç deyib ki, İsrail Qəzzanı işğal etməli və müvəqqəti hərbi hökumət qurmalıdır, çünki HƏMAS-ı məğlub etməyin başqa yolu yoxdur.
Baş Qərargah rəisi Herzi Halevi "strategiya baxımından zəif olmaqda" günahlandıran Smotriç deyib ki, hökumət bütün Qəzza zolağını ələ keçirib idarə etməyimizə imkan verəcək şəkildə döyüşə qayıtmasa, onu devirəcəyik.
“Əgər mən baş nazir olsaydım, Baş Qərargah rəisinə deyərdim ki, bu mənim siyasətimdir, əgər onu həyata keçirməyəcəksənsə, evinə get”, - Smotriç deyib.
Nazir Smotriş dünən yayımladığı videomüraciətdə Baş nazir Netanyahunun Qəzzaya hücumlarla bağlı onun bəzi tələblərini qəbul etməsindən sonra hökumətdə qaldığını açıqlayıb.
Qəzzada "təhlükəli" olaraq xarakterizə etdiyi atəşkəs və əsir mübadiləsi razılaşmasının qarşısını ala bilməyəcəklərini, Qəzzada "müharibə"nin məqsədlərinə çatmadan bitməyəcəyinə dair hökuməti qərar verməyə məcbur etdiklərini vurğulayan Smotriç bildirib ki, müharibə metodunu tamamilə dəyişdirməklə bağlı öhdəlik tələb etdik və aldıq.
TAHİR