KÖHNƏ VERSİYA            

Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

Image

"Masazır kəndinin bütün boş əraziləri, hətta tullantıların toplanması üçün nəzərdə tutulan məkanlar belə bələdiyyə tərəfindən satılıb"

Bələdiyyələr haqqında söhbət düşəndə bütün Azərbaycanda hamı onlardan narazılıq edir. Deyirlər ki, bələdiyyə kənddə hec bir iş görmur, yalnız pul yığır və torpaq satır. Amma vətəndaşdan soruşanda ki, bələdiyyələrin vəzifəsi nədir, onlar sizin üçün nə iş görməlidir, bu suala dürüst cavab verən çox az sakin tapılır. 

Yəni biz vətəndaş olaraq elementar hüquqlarımızı bilmirik. Biz bələdiyyələrin səlahiyyətlərini bilsək, oradan öz hüquqlarımızı da ayırd edə bilərik. Çoxları sadalıayir ki, qaz gəlmir, su yoxdur, işıq zəifdir və s. Amma gəlin görək, bələdiyyənin bu işlərə müdaxilə etməsinə qanun səlahiyyət verirmi? Əlbəttə, xeyr - "Bələdiyyələrin statisi haqqında" qanuna əsasən, bələdiyyələr yalnız bu xidmətlərdən müştəri olaraq istifadə edə və vətəndaşların bu istiqamətdə şikayətlərini diqqətə çatdıra bilər. Bununla əlaqədar təbii inhisarçı dövlət qurumları ilə müqavilə bağlaya bilər. Amma dünya təcrübəsində bələdiyyələr bu xidmətləri, bununla yanaşı tibb, təhsil və digər xidmətləri göstərmək səlahiyyətinə malikdir. Azərbaycanda isə, bələdiyyələr yalnız dövlət şirkətlərinin həyata keçirdiyi xidmətlərdən kənar olan problemlərin həllinə cavabdehdir. Məsələn, kənddaxili yolların təmiri, tullantıların daşınması, bələdiyyə balansında olan əmlakın idarə edilməsi və s. məsələlərlə məşğul ola bilər. İnkişaf etmiş ölkələrdə bələdiyyələrin məktəbləri, xəstəxanaları, ticarət, iaşə və digər xidmət obyektləri fəaliyyət göstərir. Bələdiyyələr həm xidmətlərdən pul qazanır, həm də qazandığı vəsait hesabına idarə etdiyi ərazidəki problemləri həll edir, əhaliyə lazımi xidmətlər göstərir və öz biznesini genişləndirir. Həmin ölkələrdə bütün kommunal xidmətləri bələdiyyələr həyata keçirir. Adından da bəlli olduğu kimi, bələdiyyə yerli özünüidarəetmə orqanıdır. O ərazidə həm pul qazanmalıdır, həm də problemləri həll etməlidir.

Azərbaycanda isə bələdiyyələrin belə bir səlahiyyəti yoxdur və ya çox məhduddur.

Bizdə bələdiyyələr əsasən fiziki səxslərin yerli vergiləri və dövlət dotasiyası hesabına maliyyələşir.

Əhali də danışanda deyir ki, bələdiyyəyə pul veririk, amma iş görmürlər. Fikrimizcə, bu iki məsələ bir-birindən tamamilə fərqlidir. Birincisi, əhali bələdiyyəyə pul vermir, dövlətə verməli olduğu vergini bələdiyyəyə ödəyir. Bu, əmlak vergisi də ola bilər, digər yerli vergilər də ola bilər.

Digər tərəfdən, bələdiyyənin işləməsi üçün əhali bunu onlardan tələb etməlidir. Çünki onlar səlahiyyətləri məhdud olduğundan ərazidə iş görməyə maraqlı deyillər. Qeyd etdiyimiz inkişaf etmiş ölkələrdə bələdiyyələr ona görə xidmətə, işə maraqlıdır ki, onlar problemləri həll etməklə yanaşı həm də pul qazanır. Ona görə də iş görməkdə maraqlıdırlar.

Konkret olaraq Masazır bələdiyyəsinə gəldikdə isə, onun haqqında internet resurslarında özəl olaraq hec bir informasiyaya rast gəlinmir. Amma bu kəndin əhalisindən redaksiyamıza kifayət qədər şikayət daxil olur.

Yalnız Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində aşağıdakı məlumatı tapa bildik: "Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan ƏlağaVahidin abidəsi qoyulmuşdur".

"Gecə kəndin küçələri zülmət qaranlığa bürünür" 

Bizimlə söhbətində 12 ildir Masazırda yasayan Yusif Əhmədov bildirdi ki, kənddə sosial problemlər kifayət qədərdir, amma bu illər ərzində bələdiyyələrin hansısa problemi həll etdiyinin şahidi olmayıb: "Kənddə işıq, qaz, su, yol, tullantı problemləri başdan aşır. Son zamanlar yalnız ictimai nəqliyyatın hərəkət etdiyi yollarda təmir işləri aparılıb. Bir il əvvəl kəndə küçə işıqları çəkilib, amma işıqlar artıq yanmır, gecə kəndin küçələri zülmət qaranlığa bürünür. Yalnız küçələrin bəzi yerlərində işıq yanır. Kəndin kücələri bərbad gündədir, tullantı dizə çıxır. Kənddə mal-qaranın saxlanılması bu problemi bir qədər də ağırlaşdırır. Qəsəbədə yalnız iki marşrut üzrə ictimai nəqliyyat işləyir ki, bu da əhalinin tələbatını ödəmir".

"Uşaqların əylənməsi üçün bir dənə də olsun park yoxdur" 

Kənd sakini Amil Vəliyev isə deyir ki, 300 minə yaxın əhalisi olan bu kənddə sakinlərin istirahət və əyləncəsi üçün heç bir məkan nəzərdə tutulmayıb: "Uşaqların əylənməsi üçün bir dənə də olsun park yoxdur. Belə bir məkanın perspektivdə olma ehtimalı da yoxdur. Çünki bunun üçün yer yoxdur. Masazır kəndinin bütün boş əraziləri, hətta tullantıların toplanması üçün nəzərdə tutulan məkanlar belə bələdiyyə tərəfindən satılıb. Bizim məhəllədə 5-6 tullantı məntəqəsi var idi, indi cəmi biri qalıb. Valideynlər də tullantını atmağı uşaqlara həvalə edir, uşaqlar isə, məsafə uzaq olduğu üçün tullantını hara gəldi atır. Nə köhnə bələdiyyə üzvlərini tanıyırıq, nə də təzə namizədləri görmüşük. Gəlib deyən yoxdur ki, mən namizədəm, mənə səs verin. Bütün seçki prosesi bələdiyyənin inzibati binasında başlayır, elə orda da bitir".

"Allah iraq eləsin, yanğın olsa yanğınsöndürən gəlib göstərilən ünvanı tapa bilməyəcək" 

Masazır sakini Bəhram Kərimov isə bildirdi ki, yaşayış məntəqəsində ünvanlar səhv göstərilib: "Mənim evimin çıxarışı var. Amma orda göstərilən ünvanı mən kənddə tapa bilmirəm. Allah iraq eləsin, yanğın olsa yanğınsöndürən gəlib göstərilən ünvanı tapa bilməyəcək. Təcili yardımı çıxıb mərkəzi küçədə qarşılayırıq, yoxsa gəlib mənzili tapa bilmir. Bəs adam evdə tək yaşayırsa, onun üçün təcili yardımı kim qarşılayacaq? Masazır Bakıya ən yaxın yaşayış məntəqəsi olsa da, burada insanların sosial rifahı üçün heç bir iş görülmür. Sakinlər öz xərcləri hesabına yol təmir edir, zədələnmiş su, qaz borularını dəyişir və s.".

Masazır bələdiyyəsinin sədri Fətullayev Rüfət Səyavuş oğlunun iş telefonuna və bələdiyyənin digər xidməti stasionar telefon nömrəsinə zəng çatmadı. Ona görə də Masazır bələdiyyəsinin səlahiyyətli nümayəndələrini tapıb bütün bu ittihamlara onlardan cavab ala bilmədik.

Akif NƏSİRLİ







VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

07.02.2025 | 12:30
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO

07.02.2025 | 11:20
Kəskin hava şəraitinə görə gəmilərə xəbərdarlıq edildi - SON DƏQİQƏ

07.02.2025 | 11:10
Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

07.02.2025 | 11:05
Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

07.02.2025 | 11:04
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslər məhkəmə qarşısında

07.02.2025 | 11:03
Zaxarova peşman olub, bütün gizlinlər açılır - CANLI

07.02.2025 | 11:00
Qubada 20 santimer qar, mənfi 8 dərəcə temperatur...

07.02.2025 | 10:30
Paşinyan Trampın müavini ilə görüşdü

07.02.2025 | 10:20
Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

07.02.2025 | 10:16
Güzəştli ipoteka ilə ev almaq istəyənlər, bu xəbəri mütləq oxuyun!

07.02.2025 | 10:15
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı geri qaytarıldı

07.02.2025 | 10:10
Ordubadın bütün kəndlərində bu gün qaz olmayacaq

07.02.2025 | 10:05
AFFA yumruq davasına görə araşdırmalara başladı

07.02.2025 | 10:00
Rusiyada baş verən yanğında 4 nəfər ölüb

07.02.2025 | 09:49
ABŞ-da təyyarə radarlardan itib

07.02.2025 | 09:22
Azərbaycan Rusiyaya kərə satışını 4 dəfə artırıb - özümüzü təmin edib qurtardıq?

07.02.2025 | 09:20
Naxçıvanda güzəştli mənzil tikintisinə start veriləcək

07.02.2025 | 09:15
Narkotikin təsiri altında avtomobil sürənlər həb olundu

07.02.2025 | 09:05
Güləşçilərimiz Zaqrebdə daha iki medal qazanıblar

07.02.2025 | 09:00
Ərdoğan Aərbaycan səfiri ilə görüşdü, "Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” dedi...

07.02.2025 | 08:55
Bu gecə Xəzərdə zəlzələ olub

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728