KÖHNƏ VERSİYA            

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Image

Elşad Həsənov: "İran Azərbaycana qarşı casusluğu çox geniş şəkildə tətbiq edir"

Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport olunub, 11 nəfərin isə ölkəyə girişinə qadağa qoyulub. Bu barədə MOUZE Teleqram kanalının yaydığı məlumatda bildirilir. 

Qeyd olunur ki, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib. MOUZE bununla bağlı şokedici faktlar əldə edib.

Bu tələbələr  İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları   bəlli olub. MOUZE-nin məlumatına görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib.

MOUZE məsələ ilə bağlı ətraflı araşdırma aparıb və yayımlayıb. 

Məlumatda qeyd olunur ki, bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. 

MOUZE həmin qızların adlı siyahısını təqdim edib:

İran İslam Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Amid Dorsa Masoud ATU-nun "Stomatologiya" fakültəsinin II kurs tələbəsidir. O, Bakıda gecə klublarında tanış olduğu əcnəbilərlə pul müqabilində intim münasibətdə olub. Gecə klubları və otellərdə çəkilmiş açıq-saçıq fotoşəkillərini, videolarını şəxsi sosial şəbəkə hesablarında paylaşıb. 

Amid Dorsa 27 oktyabr 2024-cü il tarixində Azərbaycandan deportasiya edilib. 

İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Morsali Seyedehasma Seyedmahdi 2018-2023-cü illərdə ATU-nun "Stomatologiya" fakültəsində təhsil alıb. Hazırda rezidentura pilləsində I kurs tələbəsidir. O, Bakıda "Nightoffice", "Enjoy Baku" və digər gecə klublarıbda tanış olduğu yerli və xarici vətəndaşlarla pul müqabilində intim əlaqədə olub. 08 noyabr 2024-cü il tarixdə Azərbaycandan deportasiya edilib.

İran İslam Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Naghshbandi Farnaz Mohammad ATU-nun “Stomatologiya” fakültəsinin V kurs tələbəsidir. O, Bakıda "Otto", "Zeppelin" və digər gecə klublarında intim məqsədlər üçün müxtəlif şəxslərlə tanış olub görüşlər keçirib. Əxlaqsızlıqla məşğul olduğu üçün Azərbaycandan deportasiya edilib. 

İran İslam Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Saber Nasim Zeinalabdin ATU-nun "Stomatologiya" fakültəsinin III kurs tələbəsidir. O, Bakıda "Pasifico", "Otto" və digər gecə klublarından əxlaqsızlığı təbliğ etməklə məşğul olub. Hətta gecə klublarında və hotellərdə çəkdirdiyi foto və videoları sosial şəbəkə hesablarında paylaşıb. Klublarda tanış olduğu türk və ərəb tələbələrlə maddi maraq müqabilində intim görüşlər keçirib. 2024-cü ilin noyabrında Azərbaycandan deportasiya edilib. 

İran İslam Respublikasının vətəndaşı, 1998-ci il təvəllüdlü Samadi Ghalehjogh Sana Ghorbanali 2018/2019-cu tədris ilində ATU-nun "Müalicə-profilaktika" fakültəsinə qəbul olunub və hazırda VI kurs tələbəsidir. O, Bakıda tələbə olan digər iranlı qızlarla birgə gecə klublarında tanış olduğu şəxslərlə intim görüşlər keçirib. Həmçinin, sosial şəbəkə hesablarında açıq-saçıq və cəlbedici şəkillərini paylaşmaqla özünə müştərilər toplayıb. Azərbaycanda əxlaqsızlıqla məşğul olduğu üçün 23 oktyabr 2024-cü il tarixdə ölkədən deportasiya edilib.

İran İslam Respublikasının vətəndaşı, 1992-ci il təvəllüdlü Soleimani Shadi Parviz 2020/2021-ci tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) "Stomatologiya” fakültəsinə qəbul olunub. O, Bakıda təhsil aldığı dövrdə maddi maraq müqabilində Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələrdə çalışan şəxslərlə intim münasibətlər saxlayıb. Soleimani Shadi ötən ilin noyabrında Azərbaycanı tərk edərək İrana gedib. Həmin tarixdən onun Azərbaycana girişi 5 il müddətinə məhdudlaşdırılıb.

İran İslam Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Esmaeili Sharmin Mirtayyeb 2016/2017-ci tədris ilində ATU-nun "Stomatologiya" fakültəsinə qəbul olunub. Esmaeili Sharmin Bakıda çox əyləncəli bir həyat yaşayıb. Onun "Nightoffice" ve "Baku Extra Club" gecə klublarında məqsədli şəkildə əcnəbilərlə intim münasibətdə olmasına dair çoxsaylı faktlar var. O, bu faktların bəzilərini öz şəxsi sosial şəbəkə hesablarında da açıq-saçıq paylaşıb. Başı əyləncələrə qarışan Esmaeili Sharmin çoxlu kəsirlərinin olması səbəbindən universiteti də bitirə bilməyib. O, 20 iyun 2023-cü ildə Azərbaycanı tərk edib. 2024-cü ildən onun da ölkəyə girişinə məhdudiyyət qoyulub.   

İran İslam Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Fallahaghaei Aysan Hassan qızı 2018-ci ildən ATU-nun "Stomatologiya" fakültəsində əyani təhsil alıb. O, Azərbaycanda yaşadığı müddətdə imkanlı şəxslərlə pul müqabilində intim görüşlər keçirib. 2024-cü ilin avqustunda Azərbaycanı İran istiqamətində tərk edən Aysanın ölkəyə girişi məhdudlaşdırılıb.  

İran İslam Respublikasının vətəndaşı, 1997-ci il təvəllüdlü Rezazadeh Pegah Shahram 2018-2023-cü illərdə ATU-nun “Stomatologiya” fakültəsində təhsil alıb, tələbə olduğu halda Bakıda qanunsuz stomatoloji xidmət göstərib. O, sosial şəbəkə hesablarında tanış olduğu şəxslərlə öz yaşadığı mənzildə intim görüşlər keçirib. 2023-cü ilin noyabrında Azərbaycvanı tərk edib. Ötən ildən onun Azərbaycana girişinə 5 il müddətinə məhdudiyyət qoyulub.

İran İslam Respublikasının vətəndaşı, 1997-ci il təvəllüdlü Montazami Samaneh Akbar 2018-2023-cü illər ATU-nun "Stomatologiya” fakültəsində təhsil alıb. Təhsil aldığı dövrdə Azərbaycanın dövlət orqanlarında çalışan şəxslərlə intim münasibətlərdə olub. 2023-cü ildə İran istiqamətində Azərbaycanı tərk edən Montazami Samanehin ölkəyə girişi məhdudlaşdırılıb. 

İran İslam Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Vosoughi Hanieh Saeid 2018-2023-cü illərdə ATU-nun “Stomatologiya” fakültəsində əyani ali təhsil alıb. Tələbəlik illərində Bakı şəhərində yerləşən "Enjoy Club", "Nightoffice" və digər gecə klublarında tanış olduğu şəxslərlə pul müqabilində intim münasibətdə olub. O, 17 sentyabr 2023-cü il tarixdə İrana gedib və 06 iyun 2024-cü il tarixdən ölkəmizə girişinə 5 il müddətinə məhdudiyyət qoyulub.

İran İslam Respublikasının vətəndaşı, 1998-ci il təvəllüdlü Moharramzadeh Sama Asghar 2018-2024-cü illərdə ATU-nun "Müalicə-profilaktika" fakültəsində təhsil alıb. O, maddi maraq müqabilində Azərbaycana gələn ərəblərlə intim münasibətlər saxlayıb. Həmçinin, xarici turistlərin Bakıda başqa tələbə qızlarla pul müqabilində görüşünü təşkil edib. Onun da Azərbaycana girişi məhdudlaşdırılıb.

İran İslam Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Shirin Elina Hossein ATU-nun "Stomatologiya" fakültəsinin V kurs tələbəsidir. O, maddi mənfəət əldə etmək üçün çoxlu sayda Azərbaycan vətəndaşları ilə intim münasibətdə olub. Təhsil aldığı dövrdə dərslərə davamiyyəti mütəmadi olaraq pozub. E.Shirin 04 noyabr 2024-cü il tarixdə İrana gedib və elə həmin tarixdən Azərbayana girişinə qadağa qoyulub. 

İran İslam Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Kouhi Habibi Nazanin Habib ATU-nun "Stomatologiya" fakültəsinin IV kurs tələbəsidir. O, Bakıda "Pasifico" və "Otto" gecə klublarında tanış olduğu şəxslərlə otellərdə intim görüşlər keçirib, vaxtaşırı xarici ölkələrə səfər edib. 09 sentyabr 2023-cü il tarixdə Azərbaycanı tərk edib və həmin tarixdən ölkəyə girişi 5 illik məhdudlaşdırılıb.

İran İslam Respublikasının vətəndaşı, 2002-ci il təvəllüdlü Dastbous Diana Adel ATU-nun "Stomatologiya" fakültəsinin III kurs tələbəsidir. D. Dastbous maddi qazanc əldə etmək məqsədi ilə sosial şəbəkə hesabında açıq-saçıq görüntülərini paylaşaraq özünə müştərilər axtarıb. Tanış olduğu müxtəlif şəxslərlə intim görüşlər keçirib. Diana 18 oktyabr 2024-cü il tarixdə ölkəni İran istiqamətində tərk edib və həmin tarixdən Azərbaycana girişi məhdudlaşdırılıb.

İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Mohammad Germi Niloofar Mostafa 2018-2023-cü illərdə ATU-nun “Stomatologiya” fakültəsində təhsil alıb. Bakıda əsasən "Nightoffice" və "Pasifico" gecə klublarından tanış olduğu şəxslərlə pul müqabilində intim əlaqədə olub. O, 25 iyun 2023-cü il tarixdə ölkə ərazisini tərk edib və 06 noyabr 2024-cü il tarixdən Azərbaycana girişinə 5 il müddətinə məhdudiyyət qoyulub.

Bu, MOUZE-də yayılan məlumatdır. 

Molla rejiminin ölkəmizə sızdırdığı bu casas şəbəkəsinin ifşa edildiyi yazılır. İranın məqsədi nə idi ki, bir çirkin üsula əl atıb, Azərbaycana fahişə-casuslar göndərirdi?

"Hətta gənc qızları da bu çirkin fəaliyyətə cəlb edirlər və onlar fahişəliklə məşğul olaraq ayrı-ayrı adamlardan strateji məlumatlar əldə etməyə çalışırlar" 

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər" ə şərhində "İranın fars molla rejimi Azərbaycanın inkişafını, qüdrətini həzm edə bilmir. Azərbaycanı daima özünə rəqib görür və bilir ki, Azərbaycandakı inkişaf İranda yaşayan azərbaycanlıların inkişafına, onların oyanmasına, azadlıq hərəkatına təkan verir. Ona görə də onlar daim çalışırlar ki, Azərbaycana qarşı əllərindən gələn hər cür alçaqlığı etsinlər, təxribatlar törətsinlər. Bizə qarşı bütün pislikləri etməyə hazırdırlar. İran Azərbaycana qarşı casusluğu çox geniş şəkildə tətbiq edir. O cümlədən əvvəllər Azərbaycan gənclərini İrana aparırdılar, Qumda dini təhsil pərdəsi altında onlara həm də casusluq təlimi keçirdilər və onları təzədən Azərbaycana göndərirdilər. Bu, keçən əsrin 90-cı illərinin əvvəllərində daha geniş yayılmışdı. Sonralar onların əksəriyyətini Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ifşa etdi, nəzarət altında saxladı və onlara qarşı ciddi tədbirlər görüldü, onların çoxu casusluqla və digər məsələlərlə bağlı həbs edildilər"-deyə bildirdi.

E. Həsənovun sözlərinə görə, buna baxmayaraq, yenə də İran belə işlərindən əl çəkmir. "O cümlədən, hətta gənc qızları da bu çirkin fəaliyyətə cəlb edirlər və onlar fahişəliklə məşğul olaraq ayrı-ayrı adamlardan strateji məlumatlar əldə etməyə çalışırlar. Təbii ki, onlar da seçim edirlər, hər adamla yox, vacib dövlət işində, polis, təhlükəsizlik orqanlarında çalışan şəxslərlə daha yaxından kontakt qurmağa çalışırlar.

Bu onlara verilən təlimatlardır. Azərbaycanın daxili məsələlərini, hərbi obyektləri öyrənmək və sonra onlara qarşı hansısa tədbirlər, təxribatlar həyata keçirmək məqsədi güdülür.

Elə bu yaxınlarda Gürcüstan vətəndaşı Aqil Aslanov və onunla birlikdə Azərbaycan vətəndaşı Ceyhun İsmayılov da həbs edildi. Yəni bunların məramı, məqsədi Azərbaycanda qarışıqlıq salmaqdır, Azərbaycanın inkişafına mane olmaqdır. Bütün bunlar onu göstərir ki, İran fars molla rejimi öz çirkin əməllərindən əl çəkmir. Biz son illər görürük ki, Azərbaycan daha da güclənir, qüdrətlənir, Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Eyni zamanda da dünyada Azərbaycan lideri böyük hörmətə, nüfuza sahibdir, ancaq İran isə getdikcə hər yerdə məğlub olur, hər yerdən qovulur. Bunun əyani nümunəsini  görürük. HƏMAS hərəkatında, Hizbullahda, Suriyada İranın proksi qüvvələrinin məğlub olması göz önündədir. Eyni zamanda İran artıq Amerikanın hədəfindədir.

 İran xüsusi xidmət orqanları bəyan etmişdi ki, biz Trampı öldürəcəyik. Çünki Amerika onların "sevimli" generalları Qasim Süleymaninin qətlinə hökm verib. Yəni bu mənada İranı bu il çox çətin, çox ağır məsələlər gözləyir. Orda yaşayan bacı-qardaşlarımız bunu bilməlidirlər. Artıq İranda təkcə azərbaycanlılar, digər xalqlar yox, o cümlədən farslar da molla rejiminin əlindən beziblər. Onlar bu rejimi devirmək istəyirlər. Ona görə də, orda bu yaxınlarda bir azadlıq hərəkatı başlayacaq. Hesab edirəm ki, ABŞ İrana daha güclü sanksiyalar tətbiq edəcək. Əgər İran nüvə silahı əldə etməkdən əl çəkməsə onları daha ağır cəzalandıracaq və İsrail də buna artıq hazırdır. İranın nüvə obyektlərinin yerləşdiyi gizli yerləri vurmağa artıq hazırdılar. Hesab edirəm ki, bu da ilin birinci yarısında baş tutacaq. Yəni İranın başı öz problemlərinə qarışacaq"-deyə E. Həsənov qeyd etdi.

Əli TURABOV







VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

07.02.2025 | 15:15
Nizamidə dələduzluqla 21 min manat mənimsəyən iki nəfər tutuldu

07.02.2025 | 15:03
Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

07.02.2025 | 14:57
Kremldən Bakıda “Rus evinin” bağlanmasına reaksiya - dialoq yolu ilə həll edəcəyik

07.02.2025 | 14:39
Məktəbdə paylanan vərəqələrlə bağlı rəsmi açıqlama - DİN valideynlərə çağırış etdi...

07.02.2025 | 14:16
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn edildi

07.02.2025 | 13:50
Nəsimidə telefon oğurlayan 2 şəxs tutuldu...

07.02.2025 | 13:26
Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

07.02.2025 | 13:15
“Qarabağ Universitetinin Klinikası” yaradılır - FƏRMAN

07.02.2025 | 13:10
Затулин наглеет, это же натура Москвы - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.02.2025 | 12:43
Suriya Rusiya bazaları ilə bağlı şərtini açıqladı - bu halda qala bilər...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728