Yolu keçən qadını maşın vurub öldürdü
Sumqayıtda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Sülh prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Kifayət Əli qızı Məmmədovanı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb