İnqilab dalğası qalxdı, ölkə Avropadan üzülür, yeni parlament seçkisi tələb edilir...
Tural İsmayılov: "Avropa Parlamenti Gurcüstanda keçirilən parlament seçkilərinə münasibətində Qərb institutlarının mahiyyətini ortaya qoyur"
Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb və bir il ərzində yeni seçkilərin keçirilməsinə çağırıb.
Avropalı deputatların fikrincə, seçkilərin rəsmi nəticələri “gürcü xalqının azadlığını əks etdirmir”.
Gürcüstan hökuməti isə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verib.
Gürcüstan hökuməti, həmçinin, Avropa İttifaqının hər hansı büdcə qrantından da imtina edib.
Parlament önündə və ətrafında keçirilən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib.
Xüsusi təyinatlılar ilk xəbərdarlıqdan sonra vətəndaşlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Çox sayda etirazçının saxlanıldığı bildirilir.
Sizcə Gürcüstanda nə baş verir və nə gözlənilir?
Məsələ ilə bağlı baki-xəbər.com-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, əlbəttə, Avropa Parlamenti Gurcüstanda keçirilən parlament seçkilərinə münasibətində Qərb institutlarının mahiyyətini ortaya qoyur: "Seçki hüququndan və insan haqlarından daha cox danışan, lakin ondan bixəbər olan Avropa Parlamenti və bu qəbildən olan digər qüvvələrin seçkilərə təxribatçı yöndən yanaşması onların real mahiyyətinin təzahürüdur. Fikrimizcə, Gürcüstanda xalqın seçiminə, xalqın səsinə hörmət etmək lazımdır. Seçki hüququ ən ali dəyərlərdən biridir və Qərb institutları da bunu çox gözəl bilir. Amma çox təəssüflər olsun ki, bu gün Gürcüstandakı seçkilərin taleyinə Avropa Parlamenti və onun digər institutulari birtərəfli mövqe numayiş etdirirlər. Qərb nəyin bahasına olur-olsun, Gurcüstanda hakimiyyətin ona meylli olan qüvvələrin əlinə keçməsi üçün ciddi cəhdlərdə bulunur. Artiq bir aydan çoxdur ki, proses gedir, Qərb ölkədə etirazları körukləyir, əhalini küçələrə çıxıb hakimiyyəti devirməyə təhrik edir".
Qeyd edək ki, Gürcüstanın digər böyuk şəhərlərində də eturazçılar kücələrə çıxaraq parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Hökumətin dünən açıqladığı məlumata görə, "bütün ölkə ərazisində nümayişlər və mitinqlərin qarşısı alınıb". Amma elə bu informasiyadan da aydın olur ki, bütün ölkəni etiraz aksiyaları bürüməkdədir.
Gurcustanın müstəqil siyasi ekspertlərinin ortaq rəyi ondan ibarətdir ki, seçkilər doğrudan da saxtalaşdırılıb və belə bir şəraitdə Kobaxidze iqtidari uzun müddət davam gətirə bilməyəcək.
Tiflisdə noyabrın 28-dən 29-a keçən gəcə səhərə qədər etirazçılar barrikadalar qurub, təkərləri yandırıb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmada olublar.
Gürcüstanda gecə etirazları zamanı 18 təhlükəsizlik qüvvəsi əməkdaşı yaralanıb.
Dəniz NƏSİRLİ