İsrail mediasından ŞOK İDDİA - ABŞ 2024-də İranı vuracaq, nüvə bombası…
İsrail mediası mümkün ABŞ-İran müharibəsi ilə bağlı maraqlı yazı dərc edib. İranı məhv etmək planını ehtiva edən təhlildə ABŞ-ın Tehranı nüvə silahı ilə vurmalı olduğu bildirilib.
“Jerusalem Post” qəzetində dərc olunan “ABŞ İranı nüvə bombası ilə vurmalıdır” başlıqlı məqalədə 21-ci əsrdə müharibələrin “proksi” (vəkalət) vasitəsilə aparıldığı, İranın Yəməndəki Husilər və HƏMAS-la yanaşı İsraili təhdid etdiyi bildirilir. İsrail Xarici İşlər Nazirliyinin 2021-ci ildə dərc etdiyi hesabata istinadən İranın xaricdəki silahlı qruplara son illərdə daha çox dəstək verməyə başladığı qeyd edilir.
İranın on illərdir İsrailə qarşı bir növ müharibə apardığını bildirən müəllif, 7 oktyabr hücumlarını "İsrailin Pearl Harboru" kimi qiymətləndirib.
ABŞ-ın 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra oxlarını İrana çevirəcəyini iddia edən qəzet, İranın mümkün müharibə ilə üzləşəcəyini bildirir.
Müəllif yazıb ki, İrana aid neft və limanları dağıtmaqla yeni müharibə başlamalıdır. Bu hücumla İranın 72 saat ərzində iflasa uğrayacağını bildirən “Jerusalem Post”, hücumun eyni zamanda İranda üsyana səbəb olacağını və xalqın hökuməti devirəcəyini iddia edib.
İsrailli jurnalist Tehranın nüvə bombası ilə vurulmasını da variant kimi göstərib. Qeyd edilir ki, İran neftinin 80 faizinin istehsal olunduğu Xarq adasına nüvə bombası atılacağı təqdirdə ölkənin gündəlik 2,2 milyon barellik ixracatı sona çatacaq.
TAHİR