Nəsimidə "Bakı Telefon
Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə məxsus kabellər yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Yanğın nəticəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus yeraltı telefon kabellərinin 0,5 pm hissəsi yanaraq sıradan çıxıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.