İrana taxta aparan "KamAZ" Ələt-Astara yolunda "Jiquli"ilə toqquşdu
Ələt-Astara magistral yolunun 225-ci km-də, Astara rayonu ərazisində yol qəzası baş verib.
Rayonun Təngərüd kəndi ərazisində Rafael Rəsulovun idarə etdiyi "KamAZ" markalı avtomaşın idarəetməni itirərək yoldan çıxıb və Talıb Şahyarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub. "KamAZ" markalı avtomaşının sürücüsü qəzanın baş verməsi səbəbini qarşısına mal-qara çıxması və yolun yağışlı olması ilə əlaqələndirir. Sürücülər xəsarət almasa da avtomaşınlara ciddi ziyan dəyib. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edek ki, "KamAZ" markalı maşında İran İslam Respublikasina taxta materialı aparılırmış.