PKK düşərgələrindən qaçan 6 terrorçu təslim oldu
PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrindən qaçan 6 terrorçu Türkiyənin Şırnak rayonu ərazisində təhlükəsizlik qüvvələrinə təslim olub.
APA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, aralarında 1 qadın olan qrup Türkiyə-İraq sərhədindəki Habur gömrük-keçid məntəqəsinə gəlib. Onlar Şırnakın Silopi qəsəbəsindəki jandarma komandanlığının binasına aparılıb.